booked.netbooked.net booked.net  

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanmış Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

Tezadlar.az Türkiyənin "Hürriiyət" qəzetinə istinadla bildirir ki,  dünən Adananın Şakir Paşa Hava Limanından yola düşən Azərbaycanın xilasediciləri artıqn Kahramanmaraş şəhərindədir. Azərbaycan FHN-in əməkdaşları baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerinə çatıblar. Onlar artıq mobil qruplarla xilasetmə işlərinə başlayıblar. 

Onu da xatıqladaq ki, indiyədək dağıntılar altından 3 mindən çox zəlzələ qurbanının meyiti çıxarılıb, 16 mindən çox isə yaralı var.

Zəlzələ bölgəsinə Azərbaycandan tibb personalı da göndərilib.

A. Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN