booked.netbooked.net booked.net  

Rusiya Ordusu Lisiçansk rayonunda möhkəmlənir və Lisiçansk şəhərini məhv edir.

UNİAN-nın verdiyi xəbərə görə, bunu Ukraynanın Luqansk vilayətinin Hərbi Administrasiyasının sədri Sergey Qayday bildirib.

Sergey Qayday deyib ki, Rusiya yəqin ki, Lisiçanska bütün qüvvələrini yönəldib, bütün silah növlərindən istifadə edilir. Luqansk vilayətinin Hərbi Administrasiyasının sədrinin sözlərinə görə, Rusiya Ordusu ciddi itkilər versə də, inadla irəliləyir: “Onlar şəhərdə, həmçinin Vernekamenk yaşayış məntəqəsində möhkəmlənir, yaşayış məntəqələrini məhv etməyə davam edir”.

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov isə Telegram-da artıq Lisiçansk şəhərinin tam nəzarətə götürüldüyünü yazıb.

Qeyd edək ki, Lisiçansk Luqansk vilayətində Ukraynanın nəzarətində qalan son şəhər olub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN