"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son iki gündə özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri, Abşeron və Xızı rayonları üzrə daha 120 şəxsə aktivlər verilib".

Bunu agentliyin Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Əliyev deyib.

O bildirib ki, verilmiş avadanlıqlar hesabına onlar seçdikləri biznes istiqamətləri üzrə kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Aktivlərlə təmin olunanların mühüm bir hissəsi qazi və şəhid ailələridir.

M.Əliyevin sözlərinə görə, ümumilikdə bu ilin ötən dövründə mindən çox şəhid ailəsi və qaziyə özünüməşğulluq proqramı üzrə mal və materiallar verilməklə onlar üçün kiçik təsərrüfatlar qurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN