booked.netbooked.net booked.net  

Dünən sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilmişdir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

Bəli, ermınilərin basdırdıqları minalar can almaqdadır. İşğalçının məqsədi beynəlxalq cinayətin tərkib hissəsi kimi diqqətdən yaylnmır. Lakin elə beynəlxalq qurumların hələ də bu mənfur düşməni zərərçəkmiş kimi önə çıxarması təəssüf hissi doğurur.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN