booked.netbooked.net booked.net  

Ukraynalı müdafiəçilər yarasında qurd olan rus döyüşçüsünü ələ keçiriblər. Yaralıya lazımi tibbi yardım göstərilib və o, Ukrayna Silahlı Qüvvələrinin XƏQ-nə təşəkkürünü bildirən video lentə alıb.

Əsgərin müraciəti ilə videonu könüllü Yuri Misyagin şəxsi Telegram kanalında yayımlayıb.

"Mən 09332 saylı hərbi hissənin Rusiya hissəsinin hərbi qulluqçusu Trofimenko Vladimir Eduardoviç, məni əsir götürdüyü üçün Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə təşəkkür edirəm. Tibbi yardım, ərzaq təminatına görə. Ukraynaya eşq olsun, qəhrəmanlara eşq olsun...”, - əsgər videoda bildirib.

Trofimenko Xerson vilayətində kəndin zirzəmisində gizlənirdi. Onun əlində ağır zədə var idi. Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqəsini azad edən zaman 23 yaşlı işğalçını taparaq əsir götürüblər. Bu zaman düşmən əsgərinin yarasında qurdlar əmələ gəlib.

Ona lazımi tibbi yardım göstərilib. İndi həkimlər Trofimenkonun əlini xilas etməyə çalışırlar.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN