booked.netbooked.net booked.net  

 Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya ilə danışıqların üstündən xətt çəkib.

Belə ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, heç bir raket zərbəsi, doğum evlərinin atəşə tutulması və “Şahid”lər Ukraynanı Rusiya Federasiyası ilə öz şərtləri əsasında danışıqlar masası arxasına oturmağa məcbur edə bilməz.

Danilov bunu kütləvi raket hücumundan sonra Twitter-də qeyd edib.

"Nə sizin raketləriniz, nə də “Şahid”ləriniz. Nə doğum evlərini atəşə tutmağınız danışıqlar istəyinizi bir millimetr, nə də bir addım da yaxınlaşdıra bilməz. Tək istəyimiz - raşist  məxluqu məhv etməkdir. Terrorçu ölkə ilə danışıqlar, yalnız Ukrayna Müdafiə Qüvvələrinin nişangahından keçir" , - deyə Danilov yazıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Onu da bildirək ki, indiyədək tərəflər bir neçə dəfə danışıqlar masasına əyləşsələr də sülhə olunmayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında sülhə nail olmaq, müharibəni dayandırmaq istiqamətində addımlar atıb və dəfələrlə ölkəsində də tərəflərin nümayəndə heyətlərinin görüşünün təşkil olunmasında vasitəçilik missiyasını yerinə yetirib.

Prezident Ərdoğanın bu istiqamətdə fəaliyyəti indi də davam edir.

Təəssüf ki, müharibə hələ də can almaqda davam edir...

 

JASMİN  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN