Permdə yerli universitetdə atışma hadisəsində əvvəlcə qurban olan, indi də dələduzluqda ittiham olunan tələbənin məhkəməsi başlayıb.

Müstəntiqlərin fikrincə, Aleksandr Kalinin Perm Universitetində ötən il baş vermiş atışma faciəsindən pul qazanmağa çalışırmış və həmin taleyüklü günün hadisələrini necə yaşadığını izah edərkən yalan ifadə verib.

Kalinin bildirib ki, digər tələbələrlə birlikdə silahlı cinayətkardan qaçaraq pəncərədən tullanıb və xəsarət alıb. Gənc bütün zərərçəkənlərə və həlak olanların ailələrinə ödənilən yarım milyon rubl kompensasiyaya görə yalan danışıb.

Nəticədə, Aleksandr Kalinin günahını etiraf edib. Deyəsən, hələ də nə etdiyini başa düşmür.

"O, kliniki xəstəxanaya müraciət etdi, bir sıra ərizələr yazdı, ödənişləri almaq üçün lazımi sənədlər paketini təqdim etdi, bu da nəticə verdi. Çətin vaxtlarda insanlara dəstək olmaq üçün prosedur sadələşdirildi. Söhbət üç nəfərdən ehtiyat fonddan ayrılan vəsaitdən gedir”, - Perm Leninski Rayon Prokurorluğunun prokuroru Vadim Rastorquev deyir.

Xatırladaq ki, 2021-ci il sentyabrın 20-də səhər saatlarında Timur Bekmansurov silahla Perm Dövlət Milli Tədqiqat Universitetinin binasına daxil olaraq atəş açıb. 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Atıcı hadisə yerinə ilk gələn yol polisi əməkdaşı tərəfindən zərərsizləşdirilib.

Bekmansurov iki və ya daha çox şəxsi qətlə yetirməkdə, adam öldürməyə cəhddə, hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsddə ittiham olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN