booked.netbooked.net booked.net  

Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutması zamanı mərmilərdən biri Petrovski rayonundakı “Qalaktika” ticarət kompleksinin binasına düşüb.

Bu barədə bazar günü şəhərin meri Aleksey Kulemzin məlumat verib.

"Petrovski rayonunun atəşə tutulması nəticəsində “Qalaktika” ticarət kompleksinin binasına birbaşa zərbə endirilib", - o, Telegram kanalında yazıb.

Kulemzinin sözlərinə görə, bir mülki şəxs yaralanıb. “Petrovski rayonunun Fedorovski küçəsində atəşə tutulması nəticəsində 1979-cu il təvəllüdlü kişi yaralanıb”, - o yazıb.

Səhər saatlarında Donetskin Petrovski rayonu NATO-nun 155 mm çaplı artilleriyasından Ukrayna Silahlı Qüvvələri tərəfindən 5 dəfə atəşə tutulub. “Qalaktika” ticarət kompleksinin binası ilə yanaşı, 1 fərdi yaşayış evinə və 1 yaşayış binasına ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN