booked.netbooked.net booked.net  

Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, bina 27, mənzil 25-də yaşayan Dadaşov Seymur Adil oğlu və Qələndərov Sahib Zöhrab oğlu dələduzluq əməlinin qurbanı olublar. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən kömək istəyirlər.

Surəti Məhkəmə-hüquq Şurasının sədri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Ali Məhkəmənin hakimi Vidadi Cəfərova və “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətdə deyilir:

Hörmətli cənab Prezident!

Məhkum Səmədov Əzizalı Mehralı oğlu bizə qarşı dələduzluq edərək, külli miqdarda ziyan vurmuşdur, əmlakımızı ələ keçirmişdir. Bununla əlaqədar o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əzizalı Səmədov vurduğu ziyanı bizə ödəyəcəyinə söz versə də, vədinə əməl etməməkdədir. Əzizalı Səmədovun yaxınları bildirirlər ki, şikayətçi olduğumuz üçün bizə vurulmuş ziyanı ödəməyəcəklər, bizə verməli olduqları pulu guya rüşvət verərək Əzizalı Səmədovun cəzadan azad olunmasına nail olacaqlar. Hazırda Əzizalı Səmədovun müdafiəçisi onun məhkumluğu barədə Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1001/2022 saylı 10 iyun 2022-ci tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə 1(102)-695/2023 saylı cinayət işi Ali Məhkəmənin Cinayət Kollegiyasının (məruzəçi hakim Vidadi Cəfərov) icraatındadır və işə baxılması 30 mart 2023-cü il tarixə təyin edilmişdir.

Hörmətli Cənab Prezident!

Məhkum Əzizalı Səmədovun müdafiəçisinin Bakı Appelyasiya Məhkəməsinin 1(103)-1001/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarından vertdiyi kassasiya şikayəti üzrə 1(102)-695/2023 saylı cinayət işinə məhkəmə baxışını nəzarətinizə götürməklə, həmin işə Ali Məhkəmənin Cinayət Kollegiyasında qanuni, ədalət məhkəmə baxışının təmin edilməsilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevin diqqətinə çatdırmağınızı xahiş edirik. Bu qərarın düzgün çıxarılması zərərçəkmiş iki böyük ailə üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir. Biz ümid edirik ki, bu işdə ölkə rəhbəri kimi bizə köməklik edəcəksiniz. Əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk, eləcə də Azərbaycan dövlətinin adından qərar qəbul edən məhkəmə hakiminin ədalətinə inanırıq”.

Redaksiyadan: zərərçəkmişlərin ərizəsi aidiyyəti üzrə göndərildi, tərəfimizdən nəzarətdədir. İnanırıq ki, Ali Məhkəmənin Cinayət Kollegiyası ədalətli qərarı ilə zərərçəmişlərin hüquqlarının bərpasına kömək edəcək.

E.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN