booked.netbooked.net booked.net  

Nizami SÜLEYMANOĞLU - 66

İfadələr hadisələr yaradır

Sözün, fikrin cazibəsi olur. Alın yazısı dillə yazılır. Xəstəyəm deyən xəstələnir. Zülümdəyəm deyən zülmə uğrayır, zülmü cəzb edir. Bəla və müsibətlərin bir səbəbi insanın dilində olur. Ağızdan çıxan söz şəkillənir, dua hökmünə keçir, kainata yayılır.

Enerji qəlbdən beyinə gedir, itmir, dəyişir, başqa formalara keçir. Duyğuların, düşüncələrin də birləşdirici gücü olur. Qəlb beyindən qat-qat güclüdür. Təsadüfi deyil ki, “Nəzərgahi-İlahi” deyilir qəlbə. Allahın nəzər etdiyi yer anlamında.

Bir ölkənin yeraltı sərvətləri, iqlim qurşağı çoxdursa, o yerin insanları da istedadlı və yaxşı mənada qəribə olur. Ancaq o yerdə dünyanın fərqli maraqları da olmamış olmur. Azərbaycan tarixən bu gerçək durumu yaşayıb və yaşamaqdadır. Azərbaycan gözəlliklər diyarıdır. Di gəl ki, bu gözəllik biliklə birləşib xalqın mənafeyi üçün təşkilatlanma mərhələsinə çatmır. Bu tam fərqli mövzudur.

Əgər Azərbaycanda ilahi lütflər boldursa, deməli, burada Tanrının “Ol!” frekansı mövcuddur, dövriyyədədir. Sadəcə xalq bunun fərqində deyil.

Hadisələrin fiziki-kimyəvi səbəbləri olan kimi, metafizik, mənəvi (zaman məkanüstü) səbəbləri də olur. Hansısa bir fərqli hərəkət bütün xalqın frekansını, titrəşimini dəyişdirib, enerjisini sönükləşdirə bilir. Bunlar dəyişəndə şüur da dəyişir, aşağılanır... 1993-cü ilin Kələki gedişindən sonra Azərbaycan bu duruma məhkum edildi. İnsanlar mənfi-müsbət bir şey istəyəndə onun frekansını yaradır.

Basqı olan yerdə dirəniş olar,

Dirəniş olmasa, pis vərdiş olar.

Gerçəyi gerçək kimi sevməyəndə bədbəxtlik başlayır. Azərbaycan ümidini xalq hərəkatına bağlamışdı. Bu hərəkat güdaza verildi. Nə isə...

Səmimiyyət - səmimi niyyətdir. Səmimiyyətin izhara, izaha ehtiyacı olmur. Varsa - var, yoxsa -yox. Uşaqlıq təcrübələrindən gələnlərdənəm. Təcrübə biliyə çevrilir. Biliklə təmasa girilməlidir ki, bilik halı yaransın, qəlb, beyin, ruh hazır hala gəlsin. Hadisələrin, proseslərin məğzi, mahiyyəti anlaşılsın. Yaşanılan inanılan həyat olur. İnsan nəyə inanırsa, onu edə bilir. Allah insan zehnini başın içində Özü ilə (Kainatla) əlaqə üçün yaradıb. Hiss etdirilənlər hər kəsin potensialına görə hiss etdirilir. Mesajlar alanlarla verənlər arasında ortaq anlayışdır. Qəbul edənlər və ötürənlər üçün həyatda sonsuz mesajlar, əlamətlər təzahür edər və hər tərəfə yayılar, səpələnər... Fərqli insanlar normallığın o biri tərəfində olduqlarına görə anlaşılmır və ya çətin anlaşılır. Ancaq zaman, məkanüstü əlaqələr üçün normallığın o biri tərəfinə keçmək şərtdir və bu iradəüstüdür. GÖRÜNMƏYƏNİ GÖRDÜYÜN ZAMAN GÖRÜNMƏYƏN GÖRÜNƏN OLMAĞA BAŞLAYIR.

Bir anlayışdan dərin xəbərdaq olmaq ondan əhəmiyyətli, səmərəli istifadə imkanları yaradar.

Çox nadir istisna ilə heç vaxt ad günümü, təvəllüdümü qeyd etməmişəm. Bir dəfə “Təzadlar” qəzeti 40 yaşımla bağlı cəmiyyətdən mənə 40 sual ünvanladı. Cavabları qəzetdə dərc olundu. İndi isə...

1958-ci il 20 fevral - 65-dən 66-ya keçid. 1958-də iki 9, bir 5 var. Beşin üstə 20 fevraldakı 2-ni, fevraldakı ikinci ayı gələndə üçüncü 9 alınır. Yəni təvəllüddə 999 rəqəmi alınır. Bu İlahi frekansdır.

Bu barədə 1999-cu ildə avqust ayında “Təzadlar” qəzetində “Olmuş hadisələr” başlığı altında bir səhifəlik yazım gedib. Yazıda üç qeyri-adi və bir paronormal hadisə verilib. O hadisə ki, dünya paronormal olaylar tarixinə düşəcək qədər heyrətvericidir. İndiyə qədər dünya mətbuatına hələlik ötürməmişəm...

NİZAMİ SÜLEYMANOĞLU imzasında 18 hərf var. 3-ə, 6-ya, 9-a bölünür. 700-dən çox patentin müəllifi, dahilər dahisi Nikola Teslanın 3, 6, 9 haqqında çox dəyərli fikirləri mövcuddur. Detallara, incəliklərə varmıram. Açıqlamalar və şəxsi müşahidələrim, təcrübələrim vaxtı gəldikcə “Təzadlar” qəzetində gedər, İnşallah.

DÜŞÜNCƏLƏR

Nə düşünürüksə, o olur. Hər davranışın öz səbəbləri olur. Bir dəfə bacaran bir də bacara bilir. Niyə? Bacarmağın mümkün olduğu gerçəyi beyində hərəkətə keçirilir. Zehin bacarmağa modelləşdirilir. Modelləşmiş zehin durumu olur. İmkansız olanlar imkanlaşdırılır.

***

Dilimizin özəl frekansları var. İnsanlar mənliyinin, tarixinin, torpağının frekanslarına sahib durmağı bacarmalıdır. Şüur sürətlənməyə məhkumdur ki, inkişafdan geri qalmasın.

***

CAHİL ƏVVƏL-AXIR

PİSLİK EDƏR. İSTƏR QOHUMUN OLSUN,

İSTƏR DOSTUN...

***

Pis adamların əlində edə bilməyəcəyi heç bir pislik yoxdur.

***

İçindən çıxan bilinməyən durumlarda, insanlar çətinliyə düşəndə fərqli mövzularda beynə informasiyalar, qəlbə sezgilər sızır. Əks halda, beynin, qəlbin nə anlamı olardı ki...

***

Bir şeyin gəlməsi üçün onu sevməliyik. Çox sevməliyik ki, həmin istəyimizin niyyətini də çox sevə bilək.

***

Demirəm pulsuzluq çirkinlikdir. Ancaq çox çirkinliklər pulsuzluqdan törəyir.

***

Problem böyüdükcə həll yolları kiçilir.

***

Çox istəyən deyil. Bədəlini ödəyən alır.

***

Beyindəki elektrik axımlarının sürəti kompüterdəki siqnal sürətindən yüz milyon qat daha güclüdür. Ancaq qəlb beyindən qat-qat güclüdür. “Ol!” frekansı qəlbə aiddir.

***

Nəticənin cizgilərini sezgi, təxmin, ehtimal, mənıtiq, hikmət və s. pəncərələrdən görmək olur.

***

Duyğular mesajlar verir. Pis (neqativ) duyğular xəstəlik yaradır. Yığışıb qalanda təkamül-inkişaf olmur, sıxışır. İnsanlar özlərini ifadə etməyəndə qorxaqlaşır, utanır, sıxılır. Duyğu məramı qəlbdir, enerjisi saf segvi.

***

Xortdan qorxusu deyil, beyinlərə yerləşdirilən xortdan təlqini qorxuludur.

***

Dünyanın heç bir yerində kütləvi insanlıq olmur və yoxdur. İnsanlıq tək-tək, fərdi olur. Demokratiya kütləvi insanlığın imitasiyasıdır və yaxşıdır. Hər halda, seçim var.        

***

Azərbaycan xalqı yalnız yeraltı və yerüstü sərvətləri ilə deyil, həm də ruhlarının gözəllikləri ilə zəngindir.

***

ƏN BÖYÜK HƏZZ ŞÜUR HƏZZİDİR.

***

Hər şey növünün cinsindən hərəkət edər. Pul-para, duyğu, düşüncə... Xəyal qurmaq ən böyük xəzinələrin açarıdır. Həyat ağlın və qəlbin içində keçir.

 

Yaman ağır bir kədərdi,

Tale, qismət, ya qədərdi.

Övladların dərbədərdi,

Susacaqsan nə vaxtacan,

Azərbaycan, Azərbaycan?!

***

Panormallığın məktəbi, universiteti yox. Bütün kainat bir-biri ilə danışır, hadisələr də...

***

SƏNİN GÖZLƏRİNDƏN QƏLBİNİN GÖZƏLLİYİ BAXIR, GÖZƏL.

***

İnsan üzündən, gözündən, sözündən, özündən tanınır. Həssaslar buna görə əzab çəkir. Ancaq həzzləri də möhtəşəm, məna məsafələri də önəmli...

***

Allah bir hadisədən öncə onun əlamətlərini, işarətlərini yaradır. Hadisələr olmazdan öncə insanda əlamətlərilə təzahür edir. Buna görə deyirlər - kiçik kainatdır insan.

***

Biliklər anlayış səviyyəsinə uyğun olaraq gəlir. Ağılla sezgi fərqlidir, iç-içədir. Ancaq bir-birinə qarışmır.

***

Həyat keçidlərdən ibarətdir, keçidlər isə doğru seçimlərlə gerçəkləşər.

***

İnsanlıq keyfiyyəti fərqli məhrumiyyətlərlə aşağı düşürülür. Ancaq qaranlıq artdıqca nur artar. Axx... Halından məmnun cahiliyyət! Biri var göz kor ola, bir də var şüur, beyin.

***

Tələ yemi elə olmalı ki, həvəslə qamarlasınlar....

***

Psixopatlar qisaslarını planlaşdırır.

***

Sevgi göy üzü kimi səssiz olur. Ölmüş kimi yaşa, dostum! İnanmaq rahatlıq gətirir, güvən duyğusu verir.

***

Məsuliyyətlər insan mövcudluğunun kirasıdır.

***

Beyni işlətməyəndə yaddaşsızlıq artır, illah da xarici təsirlər çox olduqca. Beyni yaxşı çalışdıranda hafizə, əzələ, göz güclənir.

***

Uğurun əsas şərti hamının getdiyi yerdən, yoldan getməməkdədir.

***

İnsanlarda yaradıcı yüklənməsi var: 999.

***

Hobbim beynimdə, qəlbimdə eşələnməkdir.

***

İnsan özündəki neqativi də, pozitivi də səfərbər edib istiqamətləndirə bilir. Ancaq bunu kəskinləşdirmək uyğun şərtlərlə əlaqəlidir.

***

Ruhdan düşmək ruhi enerjidən düşmək deməkdir.

***

İnsana anadangəlmə özünügerçəkləşdirmə özəlliyi, cəhdi xasdır. Şükür enerjisi...

***

Sevginin min bir anlamı var. Ortaq nöqtəsi sevmək. Sevgini anlayış bəsləyə bilir.

***

İçimiz, çölümüz dolu xainlə,

Oxucum, xəyal et, qəlbini dinlə!

***

Şifrəsini açanlara hər şey dildir. Hər şeyin dili var: danışıq, bədən, jest, işarət, əlamət, poza, mimika, məna və digər alternativ dillər. Fərqindəliyi olanlar üçün yeni tarix mərhələsi açılır.

***

Kiməsə səni satmaq, kullanmaq fürsəti vermə, dostum!

***

Dağ sözə əks-səda verir. Niyə? Anlayın deyə...

***

Qulaqlara danışır bu dünya dərdlərini,

Sınayaraq qınayır mərdlə namərdlərini...

***

Həyat yolunu dəyişmək məcburiyyəti kədərdən deyil, kədərin üstündə qədərdən ola bilir. 65 il geridə qaldı. Bir də onda ayıldım ki, öz haqqıma girmişəm. Özümü və ailəmi heç düşünməmişəm. Yüzlərlə məqalələr yazdım, kitablar çap elədim. 30 il ərzində özüm haqqımda nə kitab yazdım, nə də məqalə. Çox məhrumiyyətlər yaşadım 2019-cu ildə şər-şantajla 24 il yaşadığım ata mənzilindən çıxartdılar. Elə həmin ildən kirayə qalmağa məcbur oldum. Məcburi Köçkün və Qaçqınların İşləri üzrə Dövlət Komitəsindən evlə təmin edilmədim. Kirayə haqlarım da kəsilə-kəsilə nəhayət, son 4 aydır ki, verilmir. Borc üst-üstə qalaqlanır. Bu hal ailəmizə qarşı maliyyə sanksiyası, mənəvi-psixoloji terrordur. Vicdan insanın içində Allahın səsidir deyirlər. Şairə, söz adamına qarşı belə münasibət olan yerdə Söz Allahındır!

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN