Haaqa Beynəlxalq Cinayət Məhkəməsi  Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiyasının komandiri Sergey Kobılaş və Rusiya Qara Dəniz Donanmasının komandiri Viktor Sokolovun həbsinə beynəlxalq order verib.

“İki şübhəlinin ən azı 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında Ukraynanın elektrik infrastrukturuna raket hücumlarına görə məsuliyyət daşıdığını demək üçün ağır əsaslar var”, - məhkəmənin mətbuata şərhində deyilir.

Qeyd edilib ki, həmin müddət ərzində Rusiya hərbi qüvvələri tərəfindən (Ukraynada) çoxsaylı elektrik stansiyalarına və yarımstansiyalarına hücum kampaniyası aparılıb.

BCM-nin məhkəməyə qədər Palatası, zərbələrin mülki obyektləri hədəfə aldığı qənaətinə gəlib və "hərbi hədəflər kimi təsnif edilə bilən hədəflər üçün mülki şəxslərə gözlənilən zərər gözlənilən hərbi üstünlüklə müqayisədə açıq şəkildə həddindən artıq idi".

Məhkəmənin fikrincə, Kobılaş və Sokolov mülki obyektləri hədəfə alma, mülki şəxslərə həddindən artıq təsadüfi zərər vurma və ya mülki obyektlərə ziyan vurma kimi hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırlar.

Ukrayna hakimiyyəti Kobılaş və Sokolovu dinc əhaliyə qarşı cinayətlərdə də ittiham edib.

 Ukrayna Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, Kobılaş Ukrayna bölgələrində "yaşayış binalarına, xəstəxanalara və kritik infrastruktura kütləvi raket hücumları" əmrini verib.

 UTX-nə görə, Sokolov Qara dənizdən Ukraynanın enerji sistemini atəşə tutmaqda günahkardır.

2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş rayonlarından uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə şübhəli bilinirlər ki, hansı ki, bu da müharibə cinayəti hesab olunur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA