Polşalı fermerlər Polşanın baş naziri Donald Tuskun Varşavadakı ofisi qarşısında etiraz olaraq təkərlər, tabut və Avropa İttifaqının bayraqlarını yandırıblar.

Tezadlar.az bu barədə “Polsat” telekanalına istinadən xəbər verir.

Yanğınsöndürənlər yanğını söndürməyə çalışsalar da, etirazçılar onlarla döyüşməyə başlayıb. Etirazçılar da polisə yanmış tabutun üstündən yanmış lövhələr atmağa başlayıblar. Nəşr qeyd edir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən geri çəkilib. Bununla belə, həbslər olmayıb, - məqalədə əlavə edilir.

Bundan başqa, məlum olub ki, paytaxta gəlişi qadağan edilən traktorda olan fermerlər şəhərin girişlərini bağlayır, ot bağlamalarını yola tökürlər.

Etirazçılar Ukraynadan Polşaya ərzaq və digər kənd təsərrüfatı məhsullarının idxalına embarqo qoyulmasını, həmçinin 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı nəzərdə tutan Avropa Birliyinin Yaşıl Sövdələşmə proqramı çərçivəsində Polşanın imzasını geri götürməyi tələb edirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA