ABŞ ordusu cümə günü Yəmənə növbəti zərbə endirərək “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus iki gəmi əleyhinə raketi hədəfə alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Təxminən saat 09:50-də CENTCOM özünümüdafiə məqsədi ilə Yəmənin Husilərin nəzarətində olan ərazilərində husilərə məxsus yük maşınında quraşdırılmış iki gəmi əleyhinə raketi vurdu", - komandanlığın X səhifəsində dərc olunan bəyanatında deyilir.

Bundan əlavə, CENTCOM-un məlumatına görə, husilər Sinqapurun “Propel Fortune” yük gəmisinə doğru iki gəmi əleyhinə raket atıblar. Raketlər hədəfə çatmayıb, itki və dağıntı olmayıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA