BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Xiari Rusiyanın yeni regionlarında mart ayında keçiriləcək seçkilərdən “dərin narahat olduğunu” bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya Federasiyasının hazırda nəzarəti altında olan Ukrayna ərazilərində mart ayında prezident seçkiləri təşkil etməyi və keçirməyi planlaşdırdığına dair xəbərlər dərin narahatlıq doğurur”, - Xiari dünya qurumunun Təhlükəsizlik Şurasının iclasında deyib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin prezident seçkiləri öncəsi yeni regionlara səfər planlaşdırıb-düşünmədiyini söyləmək üçün hələ tez olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

29 regionda ənənəvi formatla yanaşı, məsafədən elektron səsvermənin keçirilməsi planlaşdırılır.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA