Gürcüstanın baş naziri İrakli Kobaxidze Giorgi Kadjayanı Rusiya ilə münasibətlər üzrə yeni müşavir təyin edib.

Tezadlar.az xəbər verir ki, Kobaxidze qərarını brifinqdə açıqlayıb.

“Cənab Georgi Kadjaya baş nazirin Rusiya ilə münasibətlər üzrə müşaviri təyin edilib”, - Gürcüstanın baş naziri bildirib. O, həmçinin bildirib ki, baş nazirin Rusiya Federasiyası ilə əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış Zurab Abaşidze hökumət başçısının müşaviri olub.

Kadjaya bundan əvvəl İsveçrənin Rusiyadakı səfirliyində Gürcüstanın maraqları şöbəsinin müdiri vəzifəsində çalışıb. Rusiyadakı gürcü icmasının martın 9-da verdiyi məlumata görə, onu artıq Moskvaya gəlmiş Mamuka Merkviladze əvəzləyib.

Zurab Abaşidze 2012-ci ildə parlament seçkilərindən sonra ölkədə “Gürcü arzusu” partiyası hakimiyyətə gəldikdən sonra Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA