Tbilisi Kiyevin gürcü xalqına qarşı qeyri-dost hərəkətlərindən narahat olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatı Gürcüstan hökumətinin rəsmi saytında dərc edib.

Respublikanın Nazirlər Kabineti Gürcüstanın iki ildir Ukrayna ilə həmrəy olduğunu qeyd edib. Bununla belə, Saakaşvilinin prezidentliyi dövründə keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Brüssel və Berlinə səfərindən sonra hökumət onların “mövqelərini açıq şəkildə ifadə etməyə məcbur olduqlarını” bildirib.

Belə ki, Tbilisinin “dərin təşvişinin” səbəbləri 2022-ci ilin martında Ukrayna səfirinin Gürcüstandan geri çağırılması və 2023-cü ilin iyulunda Kiyev tərəfindən Gürcüstan səfirinin ölkədən çıxarılması olub. Eyni zamanda, respublika hökuməti Ukrayna hakimiyyətini Zurab Adeişvili və Georgi Lortkipanidzeni (respublika Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini – RED.) yüksək vəzifələrə təyin etməkdə günahlandırıb. Onlardan birincisi Ukrayna Baş Prokurorunun müşaviri, ikincisi Ukraynanın əks-kəşfiyyat xidməti rəhbərinin müavinidir.

“Gürcüstan hökuməti başa düşmür ki, Ukrayna hökuməti niyə iki dost ölkəni və xalqı bir-birindən süni şəkildə ayırmağa yönəlmiş belə qərarlar qəbul edir”, – Gürcüstan Nazirlər Kabineti əlavə edib.

Bundan əvvəl Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Münhen Təhlükəsizlik Konfransını tənqid edib. O, iclasda oxunan məruzələrin qərəzli olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA