Parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədr müavini, Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının üzvü Vaqarşak Akopyan İrəvanın Rusiyaya qarşı hər hansı addım atması ilə bağlı açıqlamaları təxribat adlandırıb.

"Ermənistan heç bir ölkəyə, xüsusən də Rusiyaya qarşı heç bir iş görmür. Çünki indiyə qədər biz Rusiyanın müttəfiqi və eyni iqtisadi zonada yerləşən ölkə hesab olunuruq. Bizim bəzi addımlarımızın Rusiyaya qarşı yönəldiyini qiymətləndirmək sadəcə təxribatdır və reallıqla heç bir əlaqəsi yoxdur. Biz bütün tərəfdaşlarımızla normal münasibətdə olmaq üçün əlimizdən gələni edirik və heç kimə qarşı işləməyək. Biz heç kimə qarşı işləyə bilmərik. Əgər bunu kiməsə qarşı işləmək kimi qəbul etmək olarsa, biz Ermənistanın xeyrinə işləyirik, mən hesab edirəm ki, bu, yanlış qiymətləndirmə və siyasi vəziyyətin düzgün şərhi deyil”, - o qeyd edib.

Bundan əvvəl Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bildirib ki, London Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarını tanıyır və “Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında” İrəvana dəstək verməyi planlaşdırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA