Ötən gecə Rusiyanın üç regionuna Ukrayna təyinatlı dron hücumu olub...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, “Report” xəbər verir ki, dünən martın 12-də Rusiyanın Oryol şəhərində neft bazasında güclü yanğın olub. Sosial şəbəkədə olayla bağlı şəkillər və videolar paylaşılır. Belqorod vilayətinin qubernatoru Andrey Klıçkova görə, şəhərə pilotsuz uçan aparat düşüb. “Yanacaq-enerji kompleksi obyekti hücuma uğrayıb. Təcili xidmətlər alovlanmanın lokallaşdırılması üçün yerlərdə işləyirlər”, – deyə o teleqram kanalında yazıb. Qubernatorun sözlərinə görə, partlayış sonucunda heç kəs yaralanmayıb. Bununla belə, yerli teleqram kanallar bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyini, partlayış səslərinin eşidildiyini deyirlər. Kursk vilayətinə də dron hücumu olsa da, fəsadlar barədə hələlik bilgi verilməyib. Regionun qubernatoru Roman Starovoyt ikisi təyyarə tipli olan üç dronun səmada vurulduğunu açıqlayıb. Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regiona dörd partlayıcı maddənin atıldığını söyləyib. Onun sözlərinə görə, dronların atışları elektrik xətlərini zədələyib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb. Yaralanan olmayıb.

Ukrayna Müdafiə Nazirliyi isə faktı təsdiqləyib. Bunu Rusiyanın mülki əhalini hər gün raket hücumuna məruz qoyması ilə əlaqələndirib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA