Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin sərhəd xidməti Rusiya Federasiyasının köməyi olmadan İrəvandakı hava limanını mühafizə etmək niyyəti barədə Rusiyanı xəbərdar edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Rusiyanın köməyi olmadan Zvartnots hava limanında sərhəd xidmətinin işini təmin edə bilir. Onun sözlərinə görə, hava limanında “gənc müstəqil Ermənistan”a dəstək kimi rus sərhədçiləri olub, lakin indi ölkə belə ehtiyac hiss etmir.

Martın 6-da Ermənistanın Rusiyaya rəsmi məktub göndərərək rus sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırmasını tələb etdiyi bildirilib. Dövlət Duması Rusiya qüvvələrinin mövcudluğu ilə bağlı Ermənistandan başqa addımlar gözlədiklərini bəyan edib.

Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, Rusiya qoşunlarının Azərbaycanla sərhədə yaxın yerləşən Sünik aeroportundan çıxarılması məsələsi müzakirə olunmur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA