Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi Ermənistanın Tavuş rayonundan başlaya bilər.

Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

"Ola bilsin ki, delimitasiya prosesi Tavuş bölgəsindən başlasın", - Paşinyan bildirib.

O vurğulayıb ki, bu məsələ ilə bağlı qərarlar qəbul edərkən “vəziyyətin tam təhlilindən” çıxış etmək lazımdır. Paşinyan qeyd edib ki, danışıqlar zamanı “ərazilərin mübadiləsinin” istisna edilmədiyi təəssüratı yaranıb. Amma bu, Ermənistanın baş naziri üçün “çox çətin” görünür.

Paşinyanın sözlərinə görə, delimitasiya və demarkasiya prosesinin irəli getməsi üçün “maraq göstərmək” lazımdır. O, “üç məqamı nəzərə almağın” vacibliyini qeyd edib: hüquqi komponent, funksional məsələlərin həlli (infrastrukturun istismarı və sakinlərin təhlükəsizliyi). Onun sözlərinə görə, yalnız bu halda delimitasiya olunmuş sərhəd uzunmüddətli sabitliyin “dəmir qarantiyası”na çevrilməlidir. Paşinyan “yaxın gələcəkdə” Azərbaycanla delimitasiya prosesinin başlanacağını proqnozlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA