İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“2024-cü il martın 12-də Moskva vaxtı ilə saat 13.00 radələrində İl-76 hərbi-nəqliyyat təyyarəsi planlı uçuş üçün havaya qalxarkən İvanovo vilayətində qəzaya uğrayıb”, - deyə idarənin açıqlamasında bildirilir.

Təyyarədə səkkiz ekipaj üzvü və yeddi sərnişin olub.

Departamentdən bildiriblər ki, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin yanması olub.

Rusiya Aerokosmik Qüvvələri Ali Komandanlığının komissiyası artıq İvanovo aerodromuna uçub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA