2024-cü ilin fevralında sorğuda iştirak edən ukraynalıların 66 faizi rus dilinin rəsmi ünsiyyətdən çıxarılmasının tərəfdarı olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) sorğusunun məlumatında deyilir.

“Yalnız 3 faiz hesab edir ki, rus dili ikinci dövlət dili statusu almalıdır. 24 faiz isə rus dilinin əksəriyyətin istədiyi regionlarda rəsmi dil ola biləcəyinə inanır”, - hesabatda qeyd olunur.

İnstitutun məlumatına görə, ukraynalıların yalnız 10 faizi rus dilini ya öz regionlarında rəsmi dil, ya da ikinci dövlət dili kimi görmək istəyir. Eyni zamanda, böyük əksəriyyət onu bütün ölkə üzrə rəsmi ünsiyyətdən silmək istəyir və ya öz regionunda istifadəsinə qarşı çıxır.

Bundan əvvəl məlum olub ki, Ukraynada rus dilindən istifadə ilə bağlı şikayətlərin sayı 30 faiz artıb. 2023-cü ildə dövlət dili qanununu pozanlara qarşı 3692 donos daxil olub ki, bu da 2022-ci illə müqayisədə təxminən üçdə bir çoxdur. Ən çox şikayət Kiyevdən gəlib - 1345.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA