Moskva yaxınlığındakı Dmitrovda kişi taksi idarə edən qız sürücüyə hücum edərək onu döyüb.

Mənbə bildirib ki, qadın sürücü sərnişin götürmək üçün dayanarkən döyülüb.

"Taksi sürən qız sərnişini götürmək üçün dayanıb. Bu zaman naməlum kişi onun avtomobilinin şüşəsinə dəyib və bir neçə zərbədən sonra sınıb. Bundan sonra təcavüzkar qızı döyməyə başlayıb. Qısa müddətdən sonra hücumçunun olduğu avtomobildən başqa bir naməlum şəxs düşüb, o, təcavüzkarı avtomobilə mindirib”, – mənbə bildirib.

Zərərçəkmiş döyülməsi və şüşə qırıqları ilə kəsilməsi nəticəsində üzündən və başından xəsarətlər alıb.

Qısa müddətdən sonra məlum olub ki, kişi avtomobil sürücüsünü guya yol vermədiyi üçün döyüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tatyana Petrova bildirib.

"Kişi Sovetskaya küçəsi ilə hərəkət edən avtomobildə sərnişin olub. Hərəkət zamanı o hesab edib ki, taksini idarə edən sürücü yol verməli idi. Dayandıqdan sonra vətəndaş avtomobildən düşüb, sürücünün yan şüşəsini sındırıb və qadın sürücünün üzünə yumruqla vurublar”, - Petrova bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzkarın idarə etdiyi avtomobilin nömrəsindən xəbərdar olduqda, o, dərhal saxlanılıb. Onun 43 yaşlı Dmitrov sakini olduğu üzə çıxıb, o, polis bölməsinə aparılıb. Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA