booked.netbooked.net booked.net  

"Crocus City"dəki terrorla bağlı şok faktlar səslənib...

Tezadlar.az xatırladır ki, "Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi..." deyən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən maraqlı faktlar sadalayıb. Sitat: bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”. Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”.

Budanov onu da qeyd edib ki, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini də bilirdi. Kremlin terror aktında axtardığı “Ukrayna izi”ndən danışan hərbi kəşfiyyat rəisi qeyd edib ki, Moskva “Crocus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib. Sitat: “Məni şəxsən ittiham edən və bütün bunlarda Ukraynanı suçlayan Patruşev və Bortnikovun açıqlamaları ortaya çıxıb. Bu, cəfəngiyyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarını dəstəkləmirəm”. 

Rəsmi Moskva isə hələki bu iddialara cavab verməyib. 
Tezadlar.az bir daha xatırladır ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Və hazırkı rəsmi məlumatlar belədir ki,  ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN