Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin (başqasına məxsus) sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb. Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılmışdır.
Bu barədə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Bakıda “Gallendvagen” idarə edən şəxsin aztəminatlı şəxsləri təhqir etməsi barədə video yayılıb. Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi görünür. Daxili İşlər Nazirliyində həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılırdı.

Və göründüyü kimi, həmin avtomobilin və sürücünün araşdırılaraq tapılması polis əməkdaşları üçün o qədər də çətin olmadı. Həmin şəxs tapıldı, xəcalət çəkdi və kamera qarşısında üzr istədi! Buna görə də insanlar etdikləri hərəkətin, danışdıqları sözün məsuliyyətini anlamalıdırlar. Anlamalıdırlar ki, sonradan peşiman olmasınlar...  

TƏQDİM ETDİ: JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN