booked.netbooked.net booked.net  

“Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi məsuliyyət yaradır”.

Bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, hazırda Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə edilən  yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır.

“ Bu olduqca həssas məsələdir. Tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq, məşğul edə bilməz. Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə,  yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər”, - deyə xəbərdarlıq edib.

Elşad Hacıyevin sözlərinə görə, inzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan - yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə tətbiq edilir.

***

Qeyd edək ki, 10 milyondan artıq əhalisi olan Azərbaycanda 1300-dən bir qədər artıq ambulans var.

Ölkə üzrə 16 mərkəzi təcili yardım stansiyası fəaliyyət götərir.

Təsəvvür edin, ölkədə 1300-dən bir qədər artıq təcili yardım maşını var və hər gün təkcə Bakı şəhərində sutkada 2700 - 3300 arası təcili yardıma zəng edilir, həkim briqadası çağırılır. Son illər, koronavirusla bağlı vəziyyətlə əlaqədar olaraq, bu xidmətə müraciət edənlərin sayı da çoxalıb. Ona görə də, bəzən xəstələr “təcili yardıma müraciət etsək də, gec gəldi” deyə, hətta  şikayətlənirlər. Xəstələrin həyatını qurtarmaq üçün təcili yardımda çalışan həkimlərimiz gecə-gündüz çalışırlar. Hardasa bir xəstə təcili yardım gec yetişərsə, hətta həyatını itirə bilər. Lakin məsuliyyətini anlamayan, bunu əyləncə zənn edən biriləri bu xidmətə bilərəkdən “xəstə” barədə yalan məlumat verirlər və onları hansısa ünvana göndərirlər. Və beləliklə, kiminsə həyatını riskə atırlar, həkimlərin vaxtını alırlar.

Artıq belə “zarafat” sevərlər barədə təcili yardım xidmətləri polisə şikayətlər edirlər. Bu cür şəxslər araşdırılaraq, tapılacaq və qanun qarşısında cavab verəcəklər ki, bir daha belə “zarafat” eşqinə düşməsinlər...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN