booked.netbooked.net booked.net  

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi də başa çatdı. Azərbaycanın ilk ağıllı kəndində məskunlaşma Böyük Qayıdışın başlanğıcıdır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov vaxtilə 352 ailənin yaşadığı Zəngilanın Ağalı kəndinə qayıdışdan bəhs edərkən bildirib.

 O, qeyd edib ki, 1993-cü il işğalınadək bu inzibati ərazi 3 kəndi birləşdirib:

“Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).  Şərqi Zəngəzur ilə yanaşı Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir, - deyə millət vəkili bildirib.

O, ərazilərimizin işğalı dövründə ölçüyə gəlməz ziyan vurulmuş, yerləyeksan edilmiş şəhər və kəndlərimizin qısa müddətə bərpa olunmasının mümkünsüzlüyünü və bu bərpa işlərinə düşmənini basdırdığı saysız-hesabda minaların da mane olduğunu vurğulayıb:

  “Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin 30 ay müddətdən tam bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır.

Dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir: Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130 939 ev, 7 000 ictimai bina, 1 025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Digər tərəfdən, uzun müddət işğal altında qalan ərazilərimizdə minaların sayının kəskin çox olması prosesə təsir edən faktorlardandır. Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də, məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Gülüş və həyat Qarabağa qayıdır. Bu dəfə daimi”, - millət vəkili bildirib.

Xatırladaq ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb.

Kənd uzun illərdir yolunu gözlədiyi doğma sakinlərinə qucaq açıb.

“Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə 41 ailə (201 nəfər) köçürülüb. Ümumilikdə isə Ağalı kəndinə 6 köç karvanı yola salınıb.

Belə ki, Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola salınıb. 12 ailədən (63 nəfər) ibarət birinci köç karvanı sentyabrın 7-də məcburi köçkünlük həyatına son verib. Digər on üç ailə isə sentyabrın 10-da Ağalı kəndinə yola düşüb.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN