Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarına özəl qurğular quraşdırılacaq.

Tezadlar.az xəbər verir ki, bu sözləri “Azəriqaz”ın “104” Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

X.Şimşək bildirib ki, bu qurğular vasitəsilə abunəçilərin sayğaclarla bağlı yaranan problemlərini məsafədən həll etmək mümkün olacaq: “Əslində öncədən ödənişli sayğaclardan sonradan ödənişli sayğaclara keçidin bir səbəbi var. Bunu inkişaf kimi qiymətləndirmək olar, çünki həmin o sayğaclara biz “ağıllı sayğaclar” deyə biləcəyik. Onlara özəl qurğular quraşdırılacaq ki, bu da sayğacların göstəricilərini məsafədən oxumağa və yaxud sayğacla bağlı yaranan hər hansı problemi məsafədən həll etməyə imkan yaradacaq”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN