Dövlət Vergi Xidməti artıq uzun müddətdir riskyönümlü vergi nəzarəti və rəqəmsal vergi inzibatçılığı vasitəsilə vergi ödəyiciləri tərəfindən könüllü əməletmə səviyyəsinin artırılmasına xidmət edən fəaliyyətləri həyata keçirir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov KİV-ə açıqlamasında bildirib.

O, qeyd edib ki, xüsusilə də hazırda və gələcəkdə riskəsaslı auditin daha ünvanlı və səmərəli tətbiqi vergi xidmətinin iş keyfiyyətini artırmaqla yanaşı, biznes mühitinə də müsbət təsir göstərəcək:

“Riskəsaslı auditin bir çox müəssisələrə deyil, əsasən yüksək riskli vergi ödəyicilərinə hədəflənməsi, audit yoxlaması üçün halların audit bölmələri tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada seçilməsi, şəffaf və effektiv audit prosedurlarının tətbiqi şəraitində elektron risk sistemi üzrə uyğunsuzluqların müəyyən edilməsi parametrlərinin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyib.

Nicat İmanov vergitutma prosesində sahibkarlarla yaranan mübahisələrin həlli mexanizmlərindən danışarkən vurğulayıb ki, DVX bütövlükdə inzibati şikayətlərin ilkin mərhələdə həllinin tərəfdarıdır.

Həmçinin bildirib ki, vergi qanunvericiliyinin tətbiqində mübahisələndirmə normal praktikadır və bu mənada, əsas məsələ mübahisələrin effektiv həlli mexanizmlərinin qurulmasına nail olmaqdır: “Biz perspektivdə bu prosesi daha da irəli aparmaq, Vergi Ombudsmanının fəaliyyətinin effektivliyini artırmaq niyyətindəyik”.

Onun sözlərinə görə, bütün bu proseslər vergi idarəçiliyinin şəffaflığı kontekstində aktualdır.

“Buna görə də tərəfimizdən maliyyə və əməliyyat göstəriciləri barədə illik hesabatların, gələcək strategiyalar və planlar barədə rəsmi sənədlərin ictimaiyyət üçün açıq saxlanması, işçi heyətin etik qaydalara, düzgünlüyə əməl etməsinə təminat verən mexanizmlərin (“staff integrity assurance mechanism”) mövcudluğuna nail olmağı, həmçinin xarici nəzarət baxımından vergi administrasiyasının kənar təşkilat tərəfindən qiymətləndirilməsinə dair illik hesabatların nəşrini nəzərdə tuturuq”,-  deyə Nicat İmanov açıqlayıb.

***

Xatırladaq ki, bir müddət əvvəl Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

 Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədini daşıyan Komissiyanın tərkibində 22 işçi qrup fəaliyyət göstərir.  Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Sənəddə əmək qanunvericiliyinin keyfiyyəti, əmək bazarı üzrə dövlət xidmətlərinin adekvatlığı, işçi qüvvəsinin işə qəbulunun asanlığını nəzərdə tutan 3 indikator və 6 komponent üzrə 25 tədbir əksini tapır. Həmin tədbirlər işçilərin sosial müdafiəsi, məşğulluq üzrə qanunvericiliyin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və s. kimi istiqamətləri əhatə edir.

Y.MƏMMƏDLİ

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA