Litva hökuməti bir ildən çox bundan əvvəl “Taliban” terror qruplaşmasının hakimiyyəti ələ keçirdiyi Əfqanıstanın
milli qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulan, lakin heç vaxt istifadə olunmayan vəsaitləri Ukraynanın ehtiyaclarına yönəltmək qərarına gəlib.
Bu barədə “15minlt” xəbər yayıb.
Çərşənbə günü Litva hökuməti NATO-nun Əfqanıstan Milli Qüvvələrinə Etimad Fondundan 2 milyon 876 min avronu Ukraynanın ehtiyaclarını maliyyələşdirmək üçün yönləndirilməyə qərar verib.
Litvanın müdafiə naziri Arvidas Anuşauskasın qeyd edib ki, vəsaitin böyük hissəsi - 2,1 milyon avrodan çoxu Ukrayna hərbçiləri üçün isti paltarların alınmasına sərf olunacaq. Qalan vəsait isə Ukraynaya dəstək məqsədilə NATO-nun Hərtərəfli Paket Fonduna köçürüləcək.
2015-ci ildən bəri Litva Əfqanıstanın milli qüvvələrini dəstəkləmək üçün NATO-nun Etimad Fonduna hər il yarım milyon dollar ianə köçürür. Lakin 2021-ci ildən sonra “Taliban” ölkədə hakimiyyətə gəldikdən sonra Fond maliyyələşdirməni dayandırıb.
***
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.
Artıq Şimali Koreya Rusiyanın Ukraynanın şərqində keçirdiyi referendumun nəticələrini də dəstəkləyib...
JASMİN