2022-ci il yanvar-oktyabr aylarında 173 qadın sahibkara 6 milyon manatdan çox güzəştli kredit verilib.

TEZADLAR.AZ xəbər verir ki, bunu bu gün Sahibkarlığın İnkişafı Fondunun tərəfdaşlarla iş üzrə şöbəsinin rəhbəri İsmayıl Hüseynov “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumu çərçivəsində "Rəqəmsallaşmaya və iqtisadiyyatda yeni keyfiyyətə keçiddə dövlət orqanları və özəl sektorun əməkdaşlığı" adlı pansel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 105,6 milyon manat məbləğində güzəştli kredit verilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz çoxdur.

İ.Hüseynov vurğulayıb ki, 2022-ci ildə Fond biznes subyektlərinə ümumilikdə 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.
trend
Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA