booked.netbooked.net booked.net  

Türkiyədə 2023-cü ilin aprel ayına qədər 1571 elektrik avtomobillərin akumlyator doldurma məntəqəsi şəbəkəsi mövcud olacaq.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Qurum rəhbəri qeyd edib ki, gələn ilin aprel ayına qədər elektromobillərin akumlyatorunun doldurulması üçün yaradılacaq bütün stansiyalar respublikanın 81 vilayətinin sakinlərinin istifadəsinə veriləcək.

O, həmçinin xatırladıb ki, Türkiyənin ilk elektrik avtomobili Togg artıq konveyerdən çıxıb.

 “Bu təşəbbüs avtomobil və təchizat sənayesində inqilab etmək üçün hazırlanıb. Çox qürurla demək istəyirəm ki, Togg üçün komponentlərin 115 tədarükçüsündən 86-sı türk şirkətləridir. Əqli mülkiyyət hüquqları 100 faiz Türkiyəyə məxsus olduğundan, elektrik avtomobil layihəsində idxalı əvəzləmə səviyyəsini artırmaq bizim əlimizdədir”, - “Anadolu” agentliyi bu barədə xəbər yayıb.

Xatırladaq ki, ötən ay Türkiyədə  «Togg» avtomobillərinin istehsal ediləcəyi zavodun açılışı olub. Avtomobil Təşəbbüs Qrupu (TOGG) ildə beş modeldən 175 min avtomobil istehsal etməyi planlaşdırır. «Togg»un səhmdarları «Turkcell İletişim» 23%, «Zorlu Holdig» 23%, BMC  23%, «Anadolu Holdig» 23%, TOB 8% təşkil edir. 

Zavod 8 il ərzində 1 milyon avtomobil istehsal etməyi hədəfləyib.

Qeyd edək ki, Türkiyədə bu layihənin başa gəlməsi üçün 60 il gözlənilib.

Avtomobili ərsəyə gətirənlər akkumulyatoru doldurmağa yarım saatdan artıq vaxt sərf edilməyəcəyini və bunun 500 kilometrədək məsafə qət etməsinə bəs edəcəyini bildiriblər.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN