booked.netbooked.net booked.net  

Yeni dəmir yolu xəttinin siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycanın, Qırğızıstanın və Özbəkistanın dövlət rəhbərləri yüksək fikirlər səsləndiriblər.

Bu fikri Qırğızıstanın Strateji Təhlil və Proqnozlaşdırma İnstitutunun elmi işçisi və aparıcı eksperti Dastan Tokoldoşev Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinin əhəmiyyətindən danışarkən bildirib. 

Ekspert qeyd edib ki, dünya iqtisadi və siyasi arxitekturasının aktiv transformasiya prosesləri fonunda Mərkəzi Asiya dövlətlərinin üzləşdiyi mühüm çətinlikləri nəzərə alanda digər dövlətlərlə ticarət-iqtisadi əməkdaşlığın stimullaşdırılması zəruridir.

Onun sözlərinə görə, bu, son nəticədə regionun iqtisadiyyatını gücləndirə bilər.

Lakin o, dəmir yolu tikintisinin tunellər tikmək səbəbindən baha başa gələcəyini də diqqətə çatdırıb.

“Bununla yanaşı, dəmir yolunun tikintisi planının həyata keçirilməsinin çətinliklərini də nəzərdən qaçırmaq olmaz. Bütün çətinliklər, əsasən, nəzərdən keçirilən layihənin artan maliyyə dəyəri ilə bağlıdır, çünki təklif olunan marşrutun əhəmiyyətli hissəsi dağ silsilələrindən keçir, kifayət qədər uzun tunellər tikmək lazım gələcək. Bununla belə, maliyyə resurslarının layihədə iştirak edən bütün tərəflər arasında bərbər və ədalətli bölüşdürülməsi bu problemi həll edəcək”, -deyə bildirib.

Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib ki, Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi dəmir yolunun tikintisi və istifadəyə verilməsi ilə ticarət dövriyyəsinin həcminin artması və yükdaşımanın qiymətinin aşağı düşməsi üçün yeni imkanlar yaranacaq.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN