booked.netbooked.net booked.net  

Avropa Parlamentinin (AP) deputatları fevralın 2-də Brüsseldə keçiriləcək plenar iclasda sayca 10-cu anti-Rusiya məhdudiyyətlər paketinin qəbul edilməsinə çağırış ediblər.

Tezadlar.az BBC-yə istinadla bildirir ki, "Avropa Parlamenti Avropa İttifaqı ölkələrini ən qısa zamanda Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə çağırır”, kokissiyanın rəsmiləri bildiriblər ki, həmçinin iqtisadi və şəxsi məhdudiyyətlər də daxil olmaqla növbəti məhdudiyyətlərlə bağlı təşəbbüslərin vaxtında verilməsi istənilib. Bir sıra AP deputatının fikrincə, Rusiyanın “Lukoyl” və “Rosatom” şirkətlərinə qarşı sanksiyaların tətbiqini işləyib hazırlamaq lazımdır. Parlamentarilər Rusiyadan almazların birbaşa və dolayı yolla idxalını, alınmasını və daşınmasını məhdudlaşdırmağı təklif edirlər. Bu təkliflər Zelenskinin təqdim etdiyi sənədləri əhatə edir.

Rusiya isə vəziyyətdən çıxmaq üçün İran bankları ilə ortaq bank şəbəkəsi yaratmağa çalışır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN