booked.netbooked.net booked.net  

...Son illər ölkəmizdə Neft sektorunun inkişafı ilə yanaşı Qeyri-neft sektorunun da inkişafı dövlət başçısı cənab İlham Əliyevin xüsusi olaraq diqqət mərkəzindədir. Dünya bazarına çıxarılan qara qızılın insan kapitalına çevrilməsi, daxili və xarici ticarət əlaqələrinin sürətlə geniş miqyas alması, yeni-yeni sənaye və tikinti müəssisələrinin yaradılması ölkə iqtisadiyyatının Dünya iqtisadi sisteminə inteqrasiyasından xəbər verir.
Xəbər verdiyimiz kimi, paytaxt Bakının baş planına uyğun olaraq ölkə başçısı cənab İlham Əliyev Memarlıq, Şəhərsalma və Arxitektura Komitəsinin qarşısında çox mühüm vəzifələrin dayandığı tapşırıqlarını vermişdir. Bu nöqteyi- nəzərdən Respublikamızda müxtəlif tikinti sferasında fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin ən yüksək səviyyədə yaradılması, güzəştli şərtlərlə kreditlərin verilməsi ölkəmizdə qeyri-neft sektorunun əsas qolu sayılan tikinti sahəsinin də inkişafına təkan verir.
 Hələ Sovetlər dönəmində fəaliyyət göstərən, lakin tikililəri müasir dövrün tələblərinə cavab verməyən İripanelli Evtikmə Kombinatlarının tikdiyi müxtəlif layihəli ( Stalin, Lenin, Xruşov tipli layihəli ) binalar bu gün artıq öz istismar müddətini başa vurmaqla yanaşı, ilbəil müasirləşən paytaxt Bakının və respublikamızın hər bir şəhər və rayonlarında yeni olan, başqa sözlə, göz oxşayan mənzərəni yaratmağı zəruri tələbata çevirir.
859c3ca3-4711-4aff-9b27-4b9d60c9216b
 Elə bu baxımdan da ölkə əhalisinin yaşam tərzinin yeni, müasir formada daha təhlükəsiz olaraq, ən əsası, zəlzələyə davamlı, tikinti norma və qaydalarına uyğun binaların tikilib istifadəyə verilməsi, bu gün müstəqil dövlətimizin prioritet məqsədlərindəndir.
 Bu cür siyasətin təqdirəlayiq formada ölkə vətəndaşlarının sosial həyat tərzinə uyğun həyata keçirilməsi də məhz yeni bir formanın- "Pilot layihə"lərin həyata keçirilməsilə davam etdirilir.
XXX
Media olaraq biz də bu layihələrin necə yerinə yetirilməsi ilə yaxından tanış olub işıqlandırmaq üçün icraçı şirkətlərin inşa işləri aparılan məkanına üz tutduq. İlk gedəcəyimiz ünvan isə məhz paytaxt Bakının Nəsimi rayonu, Süleyman Rəhimov, Mirəli Qaşqay və Şamil Əzizbəyov küçələrinin kəsişməsindəki "Tesla parkı" adlanan ərazidə inşa edilmiş kompleks oldu. Burada inşası davam etdirilməkdə olan ərazidəki tikinti meydançasında bir məlumat lövhəsi diqqətimizi cəlb etdi. “Yeni Ailə" MTK Tikinti şirkətinə məxsus, çoxmənzilli yaşayış binasının inşası aparılan məkana aid idi.
 Qeyd edək ki, sözü gedən ünvan hələ ötən əsrin əvvəllərində inşa edilmiş, artıq istismar müddəti ilə qəzalı vəziyyət halını almış, binalar sakinlər üçün əsl təhlükə mənbəyi olmuşdur, elə buna görə də təhlükə saçan bu massivin vaxtındaca sökülməsi və yerində müasir, yaraşıqlı çoxmənzilli binaların inşa işlərinin aparıldığını gördük. Məlumatlı olduq ki, Layihəyə 2021-ci ilin sonlarından başlanılmış, hazırda tikintinin əksər işləri lazımi formada həyata keçirilmişdir. Həmçinin burada işçilər üçün təşkil olunmuş iş və tikinti təhlükəsizliyi şəraitinin yüksək səviyyədə təşkilinin də şahidi olduq. Belə ki, tikinti sahəsi müvafiq qaydada mühafizə lentləri və xəbərdaredici plakatlarla təchiz olunub. Bundan başqa, burada çalışan, tikinti işlərini aparan çoxsaylı fəhlə və mühəndis- texniki heyət vacib fərdi mühafizə vasitələri və texniki geyim dəsti ilə təchiz olunublar. Əməyin texniki təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq təlimatlandırılıcı jurnallar tərtib edilərək hər bir işçinin imza atması təmin edilib. Və burada tikinti mütəxəssisləri və fəhlələr bizə danışdılar ki, gördüyümüz bütün bu işlər məhz “Yeni Ailə" MTK-nın rəhbəri Rasim Həsənovun fədakarlığı və peşəkarlığı sayəsində mümkün olub.
XXX
Beləliklə, burada tikinti-inşaat işlərinin aparıldığı obyektin hər bir hissəsində çalışan, müxtəlif işləri yerinə yetirən fəhlələrə, işçi briqadalarına yüksək ixtisaslı kadrlardan təşkil olunmuş Mühəndis- Texniki heyətin vaxtaşırı olaraq nəzarəti burada aparılan işlərinin uğurla davam etməsinin mahiyyətini ortaya qoyurdu. 
 İşçilərlə aparılan sorğu zamanı da bunun əyani sübutu kimi bizə bildirdilər ki, MTK rəhbərliyinin diqqəti sayəsində əmək şəraitinə uyğun addımlar atılır. Məsələn, hazırkı hava şəraitinə uyğun olaraq tikinti işlərinin digər peşə sahəsindən asılılıq dərəcəsi nəzərə alınmaqla işçilərə müəyyən edilmiş vaxtlarda lazımi şərait yaradılır, istirahətləri təşkil olunur. Bir sözlə, burada çalışan hər kəs rəhbərliyin peşəkar münasibətindən olduqca razı görünürdü.
31d95e8d-ed5d-4f4e-abc1-bda51fd05367
Onu da öyrəndik ki, Şirkət bu kimi təqdirəlayiq işləri Paytaxt Bakının digər ərazisində, eləcə də metronun "Memar Əcəmi" stansiyası yaxınlığında- 4-cü mkr. dairəsi kimi tanınan ərazidə- 20 Yanvar küçəsində də həyata keçirməkdədir. Burada istismar müddətini artıq çoxdan başa vurmuş daha bir neçə qəzalı binanın sökülərək yerində yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi həyata keçirilir. Sökülən binalardan köçürülənlərə isə 2 il müddətinə kirayə pulu verməklə, onların gələcəkdə bu ərazidə tikiləcək binalarda mənzillə təmin olunması da nəzərdı tutulub.
MTK rəhbırliyinin daha bir diqqəti çəkən fəaliyyətini qeyd etməyi özümə borc bilirəm. Belə ki, iş adamı Rasim Həsənov yüzlərlə işçini uzunmüddətli əmək müqaviləsi ilə işə cəlb edərək onların məşğulluq problemini də həll edib.
Bəli, tikinti işləri müvəqqətidir, tikilən işə həmişəlikdir! "Yeni ailə" MTK rəhbərliyinin fəaliyyət fəlsəfəsi də elə budur!
İnanırıq ki, "Yeni ailə"nin sorağı tezliklə Qarabağın tikilib-qurulan şəhər və kəndlərindən gələcək. Çünki şirkətin və kollektivin bunun üçün yetərincə potensial imkanları vardır. 
Xəyyam Qurbanlı
32df5883-bdf4-418e-8cba-4103c9bc9796
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN