Ötən ilin 4-cü rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz (309,9 lari təqribən 204.20 manat) artaraq 1773,7 lari (təqribən 1171manat) təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, “2022-ci ilin 4-cü rübündə qadınların orta əmək haqqı 1411,7 lari (təqribən 932.00 manat), kişilərin isə 2123,2 lari (təqribən 1401.72 manat) müəyyən edilib. Əmək haqqının illik artımı qadınlarda 258,0 lari (22,4%), kişilərdə isə 355,3 lari (20,1%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olmuşdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən 14,6 % artaraq 829,9 manat təşkil edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN