Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə həyata keçirdiyi

“Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində Tena B. Kryusun “Sığortanın əsasları” kitabı əsasında virtual dərs çəkilmiş və kitab Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur. 

 TEZADLAR.AZ-ın məlumatına görə, “Sığortanın əsasları” kitabından istifadə edilərək görülən işlərin məqsədi sığorta sahəsində Azərbaycan dilində akademik ədəbiyyat boşluğunun qismən aradan qaldırılması, o cümlədən akademik təhsilin asanlaşdırılmasıdır.

 Kitab 9 fəsildən ibarətdir, bundan əlavə oxucuların kursları daha yaxşı mənimsəməsi üçün kitaba xüsusi sərlövhələrdə öyrənməni sürətləndirən materiallar daxil edilmişdir. Bunlara Ünsiyyət qurun, Etik prinsiplər, Maraqlı faktlar, Sığortanın riyaziyyatla əlaqəsi, Komanda işi başlıqları və s. daxildir. Hər Fəslin sonunda onun mənimsənilmə səviyyəsinin qiymətləndirilməsi üçün tapşırıqlar verilir. 

 İstehlakçıların, o cümlədən tələbələrin və sığorta sahəsində yeni fəaliyyətə başlayanların faydalanması üçün kursu və kitabı sizə təqdim edir, bu dəyərli resursların istifadəçilər üçün əhəmiyyətli və maraqlı olacağını düşünürük. 

 Kurs 2023-cü ilin dekabr ayında istifadəyə verildi:

https://edu.e-cbar.az/course/view.php?id=118

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN