Növbəti ildə manatın məzənnəsi dəyişə bilərmi?..

Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur.

Son 3 hərracda 241.1 milyon dollar satılıb.

Bunu Milli Məclisin deputatı, iqtisadçı-eksperti Vüqar Bayramov bildirib.

İqtisadçı dekabr ayında dollara olan təlabatın artacağının gözlənilən olduğunu və səbəbini izah edib.

Onun sözlərinə görə, il sonunda müəssisələrin xarici borc öhdəlikləri, idaxalın çoxalması və bayram səfərləri dollar alışının yüksəlməsinə səbəb olub.

“Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub.

Dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”, - deyə bildirib.

O, bir daha xatırladıb ki, mənatın növbəti ildə məzənnəsinin dəyişməsi Mərkəzi Bankın verəcəyi qərardan asılıdır.

 “Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə V.Bayramov əlavə edib.

  Qeyd edək ki, 05 dekabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 95,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN