Aİ-nin planına görə, Ukrayna Rusiyalı oliqarxların vəsaiti hesabına yenidən qurulacaq.

Ukraynanın bərpası - yenidənqurma layihəsi ilkin hesablamalara görə, bir trilyon avroya (1,1 trilyon dollar) başa gələ bilər.Avropa İttifaqı sanksiyalara məruz qalan rusiyalılardan müsadirə edilən aktivlərdən əldə edilən gəlirləri, Ukraynanın müharibədən sonrakı bərpasını maliyyələşdirmək üçün istifadə etməyi düşünür.

Bu barədə Bloomberg məlumat yayıb.

Mediada yayılan sənədə görə, Aİ-nin icraçı orqanı müttəfiqlər və digər təşkilatlar ilə koordinasiyada Ukraynanın növbəti üç ay ərzində 15 milyard dollarlıq maliyyə açığını aradan qaldırmağa kömək edəcək maliyyə paketini təklif edir.

Komissiya hökumətin təcili qanun layihələrini maliyyələşdirmək üçün Kiyevə hələ də müzakirə olunan paketin bir hissəsi kimi 7- 9 milyard arası avro kredit təklif edəcək. Təklif edilən layihəyə əsasən, üzv ölkələr bloka uzunmüddətli kreditlər təklif etməyə imkan verəcək, Aİ büdcəsindən verilən qrantlar isə faiz ödənişlərini subsidiyalaşdıracaq.

Komissiya uzunmüddətli yenidənqurma üçün bütün resursların yönəldiləcəyi “Ukraynanı yenidən qur” adlı proqram yaratmağı təklif edəcək.

Bu təşəbbüs çərçivəsində Aİ Ukraynada müharibənin başlamasından sonra sanksiyalara məruz qalan rusiyalı şəxslərin müsadirə edilmiş aktivlərinin istifadəsini araşdıracaq. Almaniyanın maliyyə naziri Kristian Lindner də bir sıra Avropa KİV-lərinə Berlinin Rusiya Mərkəzi Bankının xaricdəki ehtiyatlarını ələ keçirmək və bu puldan yenidənqurma işlərinin maliyyələşdirilməsinə sərf etmək imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, hələ ötən ay Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya təcavüzü nəticəsində ölkəsinə 550 milyard dollar dəyərində ziyan dəydiyini açıqlamışdı. Və onun sözlərinə görə, müharibənin verdiyi ciddi iqtisadi itkilər səbəbindən, Ukraynanın hər ay təxminən 7 milyard dollara ehtiyacı var.

Müharibənin davam etdiyi hər gün isə yeni milyonların itkisi – çoxalan  milyardlar deməkdir...

Qeyd edək ki, daha öncə də Ukraynaya dəyən zərərin əvəzini Rusiyanın dondurulmuş 400 milyard dollarlıq aktivləri hesabına ödəniləcəyi barədə məlumatlar yayılmışdı. Lakin “Ukraynanı yenidən qur”maq üçün (yenidənqurma layihəsinə) isə təxminən bir trilyon avro (1,1 trilyon dollar) lazım ola bilər.

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA