Yuxarı Qarabağ kanalından xeyli zibil çıxarılıb...

Qeyd edək ki, ötən gün Yuxarı Qarabağ kanalına tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ərazi regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib və rayon poliqonuna daşınıb.
B.Məhəmmədov havaların istiləşməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar tullantıların idarə olunmasında səylərin birləşdirilməsi, ictimaiyyətin bu məsələyə həssas yanaşması üçün çağırış edib.
"Təəssüf ki, yaşadığımız mühitə etinasız yanaşma, ətraf mühitə laqeyd münasibət hələ də var. Bilməliyik ki, atdığımız tullantı həcmindən asılı olmayaraq geriyə, özümüzə qayıdır, çayları, dənizi bərbad edir. Yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”.

 Xidmət rəsmisinin də söylədiyi kimi, bəzi insanlarda yaşadığı mühitə laqeydlik, etinasızlıq hiss olunur. Bir çoxunun düşüncəsinə görə, təmizlik yalnız yaşadığı evin içərisində olmalıdır - ev təmizdirsə - ailəsinə, özünə zaval yoxdur... Heç bir xəstəlik onu yaxalaya bilməz.  

 Bu gün dənizlər, su hövzələri, çaylar, torpaq... nə qədər çirkaba məruz qalır. Həm bəzi müəssisələr kimyəvi tullantılarla çirkləndirir, həm də insanlar əlinə keçəni – sellofan torbalardan, plastik butulkalardan tutmuş bir çox zir-zibili hara gəldi ataraq zibilləyirlər. Təbiət isə ona nə veririksə, bir gün onu bizə qaytarır. Zibillənmiş sularda balıqlar zəhərlənir, kökü kəsilir, içməli su tükənir, müəssisələrin zəhərli tüstüləri ilə  çirklənmiş atmosfer havası ilə nəfəs alıb xəstəliklər qazanılır və s.

Həmçini həm lazımsız gübrələrlə,  həm də sənaye müəssisələrinin texnogen tullantıları və s. ilə də torpaqlar çirklənməyə məruz qalır və beləliklə, torpağın münbitliyi azalır - əkinə yararsızlaşır.

Xatırladaq ki, Azərbaycanda təkcə neftlə çirklənmiş torpaqların sahəsi 30 min hektara çatır.

Bu ərazinin böyük hissəsi Abşeron yarımadasının (25 min ha-dan çox) payına düşür. Sonrakı yerləri Şirvanneft və Salyanneft (50 ha-dan artıq), qismən Siyəzən neft və digər daha kiçik yataqların hesabınadır. Neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə axıdılması, qrunt sularının səviyyəsinin qalxmasına və torpağın təkrar şoranlaşmasına səbəb olur. 

Ekologiyanı qorumasaq, mütləq o bizi cəzalandıracaq – müxtəlif xəstəliklərlə, aclıqla, sususzluqla...  Və təbiət intiqamını bir gün bizdən alacaq!

Çünki hər şey bumeranqdır...

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA