booked.netbooked.net booked.net  

Narkomaniya və narkomanlara qarşı mübarizə Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının ümdə və gündəlik vəzifəsinə çevrilib...

Belə ki, keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb. DİN mətbuat xidmətinin yaydığı məlumatda da bildirilir ki, dövriyyədən 86 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.  Baş İdarəyə Şirvan şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - Məhəbbət Hüseynov və Əziz Əsgərovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə tam sübuta yertirilib. Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə Ağcabədi rayonu ərazisində qəbul edib Bakı şəhərində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar. Onların üzərinə, həmçinin yaşayış ünvanlara baxış zamanı ümumilikdə 86 kiloqram, o cümlədən 78 kiloqram heroin, 8 kiloqram metamfetamin və narkotiklərin satışında bilavasitə istifadə etdikləri elektron tərəzilər aşkar edilib.

***

Bəli, hər gün oxşar qanunsuz əməl və bəla subyektlərinin həbsi ilə rastlaşırıq. Lakin onların kökü kəsilmir, qarşısıalınmaz bəla kimi meydan sulayırlar. Deməli, cəmiyyət bu məsələdə olduqca passivdir. Çünki bu əməllərin meydanı cəmiyyətdir, qanunsuz əmələ sürüklənənlər isə cəmiyyət üzvləridir. Ən vacibi, biz həm də narkomanlara qarşı ciddi mübariz olmalıyıq.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN