booked.netbooked.net booked.net  

Daxilili İşlər Nazirliyinin və Baş prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, fahişəliyi təşviq etmək və fahişəlik üçün yer təşkil etməkdə ittiham olunan 9 nəfər saxlanılıb.

Əməliyyat Gürcüstanda həyata keçirilib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan 1980, 1968, 1960, 1981, 1978, 1968, 1978, 2000, və 1976-cı il təvəllüdlü şəxslərdir. İstintaq zamanı məlum olub ki, bu əməllə məşğul olan qadınlar "Sabudara" və "Arqo" adlı otellərə, həmçinin otellərin barlarına davamlı şəkildə toplaşaraq, admiministrativ əməkdaşların göstərişi ilə otelə gələn şəxslərə müəyyən məbləğ qarşılığında cinsi əlaqə təklif ediblər. Axtarış nətcicəsində bəlli olub ki, otel sahibləri yüngül həyat tərzi yaşayan qadınlar və onların partnyorları arasında əlaqələrin qurulmasında birbaşa iştirak ediblər.

 Xatırladırıq ki, İstintaq zamanı oda məlum olub ki, otellərin mühafizəçiləri fahişəliklə məşğul olan qadınların təhlükəsizliyini qoruyub, lazım gəldikdə, sözügedən qadınların və müştərilərin avtomobillə daşınmasını təmin ediblər. Axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi külli miqdarda pul götürüblər. Faktla bağlı cinayət məcəlləsinin 254-cü maddəsinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Saxlanılan şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN