booked.netbooked.net booked.net  

Sabah Rusiyada Dumanın Şurası ölüm hökmünün mümkün qaytarılması ilə bağlı məsləhətləşmələrin təşkili ilə bağlı protokol göstərişini müzakirə edəcək.

Bu barədə təşəbbüsün müəllifii, ermənipərəst deputat Konstantin Zatulin bildirib.

Deputat bildirib ki, Dövlət Dumasının birinci vitse-spikeri Aleksandr Jukov iclasda fırtınalı uzun müzakirəyə başlamamaq üçün bu məsələnin sabah Duma Şurasında müzakirə olunmasını təklif edib.

"İnterfaks"ın məlumatına görə, Zatulin qeyd edib ki, ölüm cəzası terror aktları, uşaqlara qarşı cinayətlər və digər cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı tətbiq edilə bilər.

Həmçinin deputat, bu məsələnin bəziləri üçün birmənalı olmadığını da anladığını vurğulayıb.

Xatırladaq ki, 1997-ci il aprelin 16-da Rusiya Federasiyası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 6 saylı protokolu imzalamış və ona əsasən də “ölüm cəzası ləğv edilmişdir.

Qeyd edək ki, bir müddət əvvəl, Rusiyanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya İnsan Hüquqları Federasiyasının Prezidenti yanında Şuranın keçmiş sədri Mixail Fedotov bildirib ki, Rusiyada ölüm cəzasının qaytarılması mümkün deyil və hətta ölkədə ölüm hökmünü qadağan edən Konstitusiya Məhkəməsi də bunu dəyişdirə bilmir.

“Konstitusiya Məhkəməsinin qərarında birbaşa deyilir ki, moratorium (ölüm hökmü ilə bağlı - red.) elan edildikdən sonra onu yenidən ləğv etmək olmaz. Konstitusiya Məhkəməsi qərarını ləğv edə bilməz və heç kim də KM-nin qərarını ləğv edə bilməz. Bu barədə "Konstitusiya Məhkəməsi haqqında" federal konstitusiya qanununda yazılıb”, - deyə məşhur hüquqşünas izah etmişdi.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN