booked.netbooked.net booked.net  

Çerniqov vilayəti rusların nəzarəti altında olanda da, USQ-i tərəfindən azad edildikdən sonra da qadın qarşı tərəfə məlumat satmaqda davam edib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin hərəkəti və yerləşməsi barədə məlumatı ruslara ötürən qadın Çerniqov vilayətində mühakimə olunacaq.

 Bu barədə Ukraynanın Çerniqov vilayət prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin köçürülməsi, hərəkəti və yerləşməsi  barədə məlumatların icazəsiz yayılması faktı ilə bağlı Çerniqov vilayətinin sakininə qarşı ittiham aktı məhkəməyə göndərilib.

 İstintaqın məlumatına görə, 2022-ci ilin avqust-sentyabr ayları ərzində Çerniqov vilayəti işğalçılardan azad edildikdən sonra qadın ruslarla əməkdaşlığı davam etdirib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

10 aydır ki, müharibə davam edir. Tərəflərin nümayındı heyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, sülhə nail olunmayıb.

Hətta ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  bildirib ki, ilin sonuna qədər Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından söhbət belə gedə bilməz.

Göründüyü kimi, Ukraynadakı müharibənin 2023-cü ildə də davam edəcəyi danılmazdır. Nə zaman bitəcəyi isə...

Y.MƏMMƏDLİ 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN