Ağstafada törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, qətl hadisəsi zamanı daha bir nəfər də bıçaq xəsarəti alıb. O, mübahisə edən tərəfləri aralamaq istəyən zaman əlindən bıçaq xəsarəti alıb və xəstəxanaya aparılıb. Xəsarət alan şəxsin mərhumun tanışı olduğu bildirilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları tərəfindən onun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

***

Ağstafada qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.

Məlumata görə, o, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğludur.

Hadisə gəncin yaşadığı evin önündə qeydə alınıb. Çingiz Vəlizadə ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Ağstafa rayonunda qətl hadisəsi olub.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Məlumata görə, gənc oğlan bıçaqlanaraq qətli yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN