booked.netbooked.net booked.net  

 “Location-Baku” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

“Təzadlar” xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan 2001-ci il təvəllüdlü Ayxan Feyzulladə adlı şəxs ölüb. O, gecə klubunda ofisiant işləyirmiş. Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a faktı təsdiqləyiblər. Belə ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

Onu qeyd edək ki, partlayışla bağlı istintaq hərəkətləri davam edir. Hələki partlayışın konkret olaraq nədən baş verdiyini sübut edən hüquqi dəlil təsdiqlənməyib. Amma ilkin araşdırma ondan ibarətdir ki, partlayış qaz sızmasındandır. Bəs qaz qurğusundan istifadənin qadağan edildiyi obyektdə qaz haradan çəkilib??? 
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN