booked.netbooked.net booked.net  

 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu gün Parisin küçələrində sanitariya keçidlərinin tətbiqinə qarşı çox minlik aksiya keçirilir. Aksiya iştirakçıları əllərində "Azadlıq" şüarları tutaraq  Fransa Prezidenti Emmanuel Makronun istefasınl tələb edirlər.

Pin It

Yaqubov Heydər Mirağa oğlu təkcə «İnformasiya əldə etmək haqqında» Qanunu pozmur, həm də Prezidentin şəffaflıq və aşkarlıq çağırışlarına zərbə vurur...

Pin It

4 sentyabr:

973 - Xarəzm alimi Əl-Biruni anadan olmuşdur. O, XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir.

Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı "Kitâbü’l-Camahir fi Marifeti'l-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdi.

***

  • 1479— İspaniya Kanar adalarını ələ keçirmişdir.
  • 1802— Alman alimi Georg Fridrix Qrotefend (Georg Friedrich Grotefend) Babil əlyazmalarını tərcümə etmişdir.
  • 1882— Tomas Edison ilk elektrik lampasını təqdim etmişdir.
  • 1937— Millətlər Liqası ərəb və israil dövlətlərinin yaradılması ideyasını bəyənir.

***

1957- TU-104 markalı reaktiv təyyarə ilə ilk Moskva – Nyu-York aviareysi həyata keçirilib.

***

1975- " Çto? Qde? Koqda?" verilişinin ilk televiziya buraxılışı olub. Oyun tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən yaradılıb.

"Çto? Qde? Koqda?" oyunu Azərbaycanda da geniş yayılıb. Ölkədə mütəmadi olaraq Azərbaycan çempionatı və beynəlxalq yarışlar təşkil edilir. Oyun üzrə ilk üç Dünya çempionatı və Millətlər Kuboku məhz Bakıda keçirilib.

***

1991 - Azərbaycan Respublikası Prezidenti postuna rəsmi şəkildə keçirilən ilk və vahid partiya sistemi ilə keçirilən sonuncu seçkilər olub. Seçkilər 8 sentyabr 1991 tarixində keçirilib. Seçkilərdə yeganə namizəd olan Ayaz Mütəllibov qalib gəlib və Azərbaycan Respublikasının ilk prezidenti seçilib.

***

1998-ci il. "Google" şirkətinin əsası qoyulub. “Google”un tarixi 1996-cı ilin yanvarından başlayır.

Həmin il Kaliforniyadakı Stenford Universitetinin doktoranturasında təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində axtarış saytı hazırlanıb. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni axtarış sistemi saytlar arasındakı əlaqəni analiz edirdi. Məqsəd böyük məlumat şəbəkəsi olan internetdə axtarılanları daha asan tapmaq idi. Tələbələr bunun üçün yeni bir texnologiya yaratdılar və qısa zamanda populyarlıq qazandı.

 ***

 2003-. Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə vəfat edib (1921-2003).

Ədəbi fəaliyyətə 16 yaşında başlayan yazıçının ilk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. Əzizə xanım tarixi mövzuda yazılmış bir sıra əsərlərin müəllifidir. "Aləmdə səsim var mənim", "Vətənə qayıt", "Yad et məni", "Eldən elə", "Bir səsin faciəsi", "Gülüstan"dan öncə" və digər əsərləri bu silsilədəndir. O, müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilib.

***

Şakir QURBANOV

 

 

Pin It

Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında cari ilin 22-24 iyul tarixlərində işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.

Pin It

3 Sentyabr

1260- Məmlük ordusu monqolları Əyn Cəllud müharibəsində məğlub edərək onların cənuba yayılmasının qarşısını aldı.

1588 - Gəncə qalası tikdirilib.

1683 - Osmanlı ordusunun 2-ci Vyana mühasirəsi uğursuzluqla nəticələndi və Osmanlının qərbə doğru irəliləməsi başa çatdı.

1783- Böyük Britaniya Parisdə imzalanan müqavilə ilə Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıdı.

1859 — Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir.

1878- İngiltərədə Temza çayında  başqa gəmi ilə toqquşan sərnişin gəmisi batdı, 640 nəfər öldü.

1912 — Londonda dünyanın ilk konserv zavodu istifadəyə verilmişdir.

1939- Almaniyanın Polşaya hücumundan sonra Fransa, Böyük Britaniya, Yeni Zelandiya və Avstraliya, Almaniyaya müharibə elan etdilər.

1943 — İkinci dünya müharibəsi: İtaliya təslim olmuşdur.

1952- Türk bayrağı Ağrı dağının zirvəsinə sancılmışdır.

Ağrı dağı Türkiyənin ən yüksək dağıdır. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir.
Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylası və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir. Hər iki dağın ətəyinin birlikdə çevrəsi təqribən 128 km. təşkil edir.

Dini ədəbiyyatda, Nuhun gəmisinin saya oturduğu ilk torpaq bu dağın zirvəsi olmuşdur. Tarixi mənbələrdə Ağrı dağının müxtəlif dillərdə işlədilən "Kuh - i Nuh", "Cebel ül Haris" kimi adlarına rast gəlinir.
Marko Polonun çıxılması mümkün olmayan kimi qiymətləndirdiyi bu dağa mənbələrə görə ilk dəfə 9 oktyabr 1829-cu ildə prof. Frederik von Parat qalxa bilmişdir. İlk qış solo çıxışı isə 21 fevral 1970-ci ildə Türkiyə Dağçılıq Federasiyasının sabiq sədri Dr. Bozqurt Ergör tərəfındən gerçəkləşdirilmişdir. 1980-ci illərdə minlərlə alpinist Ağrı dağını ziyarət etmişdir. 1990-cı ildən etibarən dağa qalxmaq qadağan olunsa da, 1998-ci ildə bu qadağa aradan qaldırılmışdır.

 ***

1962- İranın Gəzvin ostanında baş verən zəlzələdə 12 min 225 insan həlak oldu, 21 minə yaxın evə zərər dəydi.

***

1993- Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. Azərbaycanın bu quruma üzvlüyü sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşib.

***

1997- Vyetnam hava yollarına aid sərnişin təyyarəsi Pnompen hava limanına yaxınlaşarkən qəzaya uğradı, 64 nəfər həlak oldu.

*** 

2004- Şimali Osetiyanın Beslan qəsəbəsindəki bir məktəbdə 3 gün davam edən girov böhranına Rusiya silahlı qüvvələrinin  xüsusi bölmələri müdaxilə etdi. Qarşıdurma nəticəsində əksəriyyəti uşaq və müəllimlərdən ibarət 376 nəfər həlak oldu, 800 nəfər yaralandı.

***

2008– Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya səfər edib.

 Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət, iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib.

***

1951– Xalq Artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Yaşar Nurinin doğum günü (1951-2012)

Səhnəyə ilk dəfə on bir yaşında çıxıb. Teatr aktyoru kimi tanınan sənətkar əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Yaratdığı rəngarəng və bənzərsiz obrazlarla əbədi tamaşaçı sevgisi qazanıb.

***

1869- Avstriya kimyaçı alimi, həkim, Nobel mükafatı laureatı Frits Preql anadan olub (1869-1930)

1923-cü ildə üzvi maddələrin mikroanalizi metodunu kəşfinə və görə Nobel mükafatına layiq görülüb. Onun laboratoriyası dünya üzvi mikroanaliz mərkəzinə çevrilib. Ölümündən əvvəl Vyana Elmlər Akademiyasında mikrokimya sahəsində nailiyyətlər üçün mükafat təsis olunmasına dair böyük miqdarda vəsait ayırıb.

***

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN