1 Sentyabr
Mühüm hadisələr:
1714 – Rusiyada ilk kitabxana istifadəyə verilmişdir.
1763 – Rusiyanın Kraliçası II Yekaterina Moskvada Atılmış uşaq Evi üçün İvan Betskoyun planlarını təsdiq etmişdir.
1868 – Qalatasaray liseyinin açılışı olmuşdur.
1919 – Azərbaycan Demokratik Respublikasının parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu.
1951 – Londonda dünyada ilk supermarket fəaliyyətə başlamışdır.
1962 – İranda zəlzələdə 20 000 nəfər həlak olur.
2004 – Silahlanmış terroristlər yüzlərlə məktəbliləri və böyükləri Şimali Osetiyada (Rusiya) Beslan şəhərində girov götürür, 331 nəfər o cümlədən 31 terrorçu və FTX əməkdaşı həlak olur.
1992 – Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurmuşdur.
1752 — Azadlıq Zəngi Filadelfiyaya gətirilmişdir.
- 1928— Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan etmişdir.
- 1939— Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi olmuşdur.
- 1951— Londonda dünyada ilk supermarket açılmışdır.
- 1962— İranda zəlzələ nəticəsind 20 000 nəfər həlak olmuşdur.
- 1969— Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alır.
- 1992— Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurmuşdur.
***
1255-ci ilin bu günü Keniqsberq şəhərinin əsası qoyulub. Alman dilində “kral dağı” mənasını verən bu şəhər-qala Tevton ordeninin, yəni qədim prussların torpaqlarına işğalçılıq yürüşləri zamanı – Preqoli çayının uca sahilində salınıb.
İkinci Dünya Müharibəsinin son mərhələsində - 1945-ci ildə Postdam konfransının qərarı ilə Keniqsberq SSRİ-yə verilərək Rusiya Federasiyasının tərkibinə daxil edilib. Bir il sonra isə (1946) isə şəhərin adı dəyişdirilərək Kalininqrad qoyulub.
***
1879-cu il 1 sentyabr tarixində Gürcüstan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.
XIX-XX əsrlər Azərbaycan ictimai mühiti, ədəbiyyatı və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və digər görkəmli xadimlər məhz bu seminariyanın yetirmələridir.
***
1908-ci ilin bu günü Hicaz dəmiryolu İstanbulda təşkil edilən mərasimlə xidmətə açıldı: o gün İstanbuldan Mədinəyə ilk qatar hərəkət etdi.
***
1 sentyabr 1922-ci ildə Dumlupınar Zəfərindən sonra türk sərkərdəsi Mustafa Kamal Paşa tarixi əmrini verdi: "Ordu, ilk hədəfimiz Aralıq dənizidir! İrəli!"
***
1923-cü il sentyabrın 1-də Yaponiyanın Tokio və Yokohama şəhərlərində baş verən zəlzələdə təxminən 300 min adam həyatını itirdi.
***
1939-cu il 1 sentyabrda Almaniyanın Polşaya hücum etməsiylə İkinci Dünya Müharibəsi başladı.
Milyonlarla adamın öldüyü müharibənin 50-ci illiyində 1 sentyabr tarixi Beynəlxalq Sülh Günü elan edildi. Bu gün münasibətilə müxtəlif ölkələrdə müharibə əleyhinə kütləvi tədbirlər keçirilir.
***
1 sentyabr Liviyanın Respublika Günüdür.
Şimali Afrikanın bu dövləti 1951-ci ildə müstəqillik qazanıb, 1969-cu il sentyabrın 1-də isə Liviya Xalq Sosialist Ərəb Cümhuriyyəti elan olunub.
***
1 sentyabr 1969-cu ildə Liviyada polkovnik Muammer Kaddafi hərbi çevrilişlə Kral I İdrisi devirdi.
***
1983-cü ilin 1 sentyabrında Saxalində Cənubi Koreya aviaşirkətinə məxsus “Boing - 747” təyyarəsi SSRİ-nin dövlət sərhəddini pozarkən vurulub. Hadisə nəticəsində 137 nəfər həlak olub.
***
1 sentyabr 1985-ci ildə amerikalı dəniz alimi Robert Ballard və qrupu 1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarını tapdılar.
***
1986-cı ildə Novorossiyk limanına yaxın “Admiral Naximov” və “Pyotr Vasev” gəmiləri toqquşaraq batıblar. Hadisə nəticəsində 800-dən çox adam həlak olub. Bu faciə İkinci Dünya Müharibəsindən sonrakı dövrün ən böyük dəniz qəzası sayılır.
***
Keçmiş Sovet İttifaqı respublikalarından biri Özbəkistan 1991-ci il senytabrın 1-də istiqlaliyyətini bəyan edib.
Qeyd edək ki, bu ölkə 1992-ci il martın 2-dən BMT-nin tamhüquqlu üzvüdür.
***
1 sentyabr 2002-ci ildə Cənubi Koreyada meydana gələn şiddətli qasırğada 200 nəfər həyatını itirdi.
***
2017-ci il sentyabrın 1-də Myanmar təhlükəsizlik qüvvələri Arakanda vətəndaşları hədəfə alaraq təxminən 400 müsəlmanı qətl etdi.
***
1 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
5 yaşında taxta keçən və 72 il Fransanı idarə edən, fransızların ''Günəş kralı” adlandırdıqları XIV Lui (Louis-Dieudonné de France) 1715-ci ilin bu günü dünyadan köçüb. (1638 - 1715)
***
Azərbaycanın peşəkar pəhləvanlarından biri Rəşid Yusifov 1900-cu il sentyabrın 1-də anadan olub.
19 yaşından (1919) müxtəlif sirk kollektivlərində pəhləvanlıq idman növünü nümayiş etdirən Rəşid Yusifov 20 il boyu (1946-1968) Azərbaycan Dövlət Sirkində çalışıb, dünyanın bir çox arenalarında çıxış edib, Rusiyanın məşhur pəhləvanları İvan Poddubnı və İvan Zaikinlə birlikdə dünya birinciliklərində qüvvəsini sınayıb. (1900-1982)
***
Bu gün azərbaycanlı professor Nəsir Məmmədovun xatirə günüdür.
Elmi-nəzəri əsərlərlə yanaşı, dərslik və dərs vəsaitlərinin də müəllifi kimi tanınan Nəsir Məmmədovun “Dilçiliyə giriş”, “Dilçiliyin əsasları”, “Azərbaycan dilçiliyinin nəzəri əsasları” və digər kitabları bu gün də ali məktəblərdə tədris edilir. (1907-1982)
***
1 sentyabr dünyanın məşhur milyonçusu, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür.
34 yaşında (1872) sahibkarlığa başlayan Hacı Zeynalabdin qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət tapır: paytaxt Bakıda toxuculuq fabriki, milli teatr binası tikdirir, məktəb və mədəni-maarif cəmiyyətlərinin açılması, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edir. O, 1911-ci ildə “Xəzər manifakturası”, 1916-cı ildə isə “Tağıyev balıq sənayesi” səhmdar cəmiyyətlərini qurub.
10-11 il ərzində (1872-1917) Hacı Zeynalabdin Tağıyevin kapitalı təxminən 30 milyon manata çatıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduğu zaman Z.Tağıyevin bütün əmlakı milliləşdirilib, özünə yalnız Mərdəkandakı bağında yaşamağa icazə verilib. O, elə həmin bağda 1924-cü il sentyabrın 1-də vəfat edib. (1838 - 1924)
***
Doğuml günləri:
Səfərov Şahmar Nazim oğlu 1997-ci ilin 1 sentyabrında Naxçıvan Muxtar Respublikası Şərur rayonun Siyaqut kəndində anadan olub.
O, 2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Şahmar hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirdi. Bu istək onu Heydər Əliyev adına hərbi Litseyə gətirdi və o, 2011-2014-cü illər ərzində bu litseydə oxudu və litseyi müvəffəqiyyətlə bitirdi.
Şahmarın arzusu yüksək bilikli, hərtərfli hərbçi olmaq idi və özünün səyi və bacarığı sayəsində 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu və 2019-ildə akademiyanı da uğurla başa vurdu və Azərbaycanın ordu sıralarında ali təhsilli bir hərbçi kimi qulluq etməyə başladı.
O, akademiyanı bitirdikdən sonra ilk hərbi xidmətini Gəncə şəhərində keçirdi. N saylı hərbi hissədə leytenant rütbəsində Tağım Komandiri kimi xidmətə başladı.
2020-ci ilin may ayında xidmətini Daşkəsəndə davam etdirdi.
Azərbaycan torpaqlarının erməni işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərə elə ilk andan atıldı və canını Vətən uğrunda fəda etdi, şəhidlik zirvəsinə yüksəldi.
Şahmar Nazim oğlu Səfərov 27 sentyabrda Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Şahmar şəhid olduqdan 52 gun sonra, noyabrın 18-də dəfn olundu.
Məzarı 2-ci fəxri xiyabandadı.
***
1924 — Məşhur milyonçu və xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı 101 yaşında Mərdəkanda vəfat etmişdir.
Şakir QURBANOV