Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Xocalının Sığnaq yaşayış məntəqələri və Şuşa ətrafındakı mövqeləri atəşə tutulur, Qarabağa sülh yaratmağa gəlmiş Rusiya sülhməramlıları isə susur…

Pin It

Dünyada solaxaylar günü ilk dəfə 13 avqust 1992-ci ildə həmin vaxtdan iki il əvvəl yaradılmış Britaniya Klubunun təşəbbüsü ilə qeyd edilib. Statistiklərin məlumatına görə, dünyada əhalinin təxminən 10% - i solaxaydır. Gündəlik həyatda onlar bir çox çətinliklərlə üzləşirlər. Sağəlli admların istifadə etdiyi əşyalar, məsələn yazı aksesuarları, kompüter siçanları, mətbəx avadanlığı, əl qəhvə dəyirmanı və s. kimi əşyalardan istifadə etmək solaxaylar üçün çətin olur.

Pin It

ABŞ-ın keçmiş prezidenti Donald Tramp müşavirlərinin tövsiyələrinə baxmayaraq, tərəfdarlarını koronavirusa qarşı vaksinasiyaya çağıran kampaniya başlatmağı düşünmür.

Pin It

GORANBOYDA DEPUTAT KÖMƏKÇİSİ AT OYNADIR-SEÇİCİLƏR PREZİDENTƏ MÜRACİƏT ETDİ...

Pin It

 ...2-ci Qarabağ müharibəsindən az əvvəl mənə tanımadığım telefondan zəng gəldi... İsfəndiyar Vahabzadə idi... Sank-Peterburqda səfir olan Qütsi Osmanovla bağlı "Təzadlar"a müsahibə vermək istədiyini bildirdi... Mənzilində görüşdük... Dilinin bəlasına düşərək sabiq XİN naziri Məmmədyarov tərəfindən işdən çıxarılmışdı, tərcümə xidməti göstərib ailəsini və başını dolandırırdı. Yəni, bunları mənzilində olarkən ona gələn sifarişçi zənglərindən görürdüm...

***

...Müsahibə aldım, YouTube-də var... Söhbətimiz zamanı yazı üçün deyil, özümüz üçün, Prezident İlham Əliyev haqqında fikirlərini soruşdum. İndi İ.Vahabzadəni "xalq düşməni" elan edənlər eşitsinlər, o, xüsusi intonasiya ilə dedi ki, İlham Əliyevə canım qurban, o, əsl siyasətçi və Ali Baş Komandandır... Sonra əlavə etdi: "Qarabağı alacaq! Mən sizə söz deyirəm, o, olduqca prinsipial, dəliqanlı, müzəffər, güclü bir dövlət xadimidir, ermənilərə 30 illik işğal zülmünü bağışlasa, atamın oğlu deyiləm! Biz Şuşanı da görəcəyik...". Bunu deyəndə gözləri yaşardı, kövrəldi...

Bu, bu gün Jirinovskiyə cavab verən İsfəndiyar Bəxtiyar oğlu Vahabzadənin dedikləridir... Təbii ki, o, komandada yerində olmayan yüksək rütbəlilərin tamahından da danışdı, ikimiz də təəssüfləndik və s.

Gəlirəm mətləbə: Onu bilirəm ki, Jirinovski Azərbaycanı təhqir edəndə, özü də dəfələrlə, onun əleyhinə bu qədər canfəşanlıq yox idi, indi mahiyyəti bilməyənlər İ.Vahabzadəni həmin o Jirinovskinin cavabını ikiqat verdiyinə görə söyürlər... Statusu-rəsmi vəzifəsi  olmayan adamın dediyinin hansı siyasi-hüquqi məsuliyyəti var dövlət üçün??? Belə statussuz adamlar o qədərdir ki... Rusiya, İran, Ermənistan... əleyhinə onqat artığını deyir və söyürlər! Noolub??? İndi Jirinovski matah çıxdı? Söyməsin nökər dədəmizi, ikiqat artıq söyməyək bəy(?) dədəsini! Fəlsəfə budur...

Sonda: Azərbaycan anamızdır-Jirinovski təhqir edir, ananın 5 milyon oğlu və 5 milyon da qızı var, qızları qoyuruq bir kənara, 4 milyon 900 min 999 oğlu susur, biri dəliqanlı çıxır, ağlını itirir, söyənin yeddi qatına toxunan cavabını verir... İndi bu 4 milyon 9 yüz min 999 oğul düşüb o bircə dəli-qanlı oğulun üstünə... Düzdürmü, səmimi deyin... Sizlər susdunuz, bu da əsəbini cilovlaya bilməyib söydü... Özü də ikiqatına! Və yeddi qatına... Dəlilərə və dəliqanlılara isə Rusiya və Azərbaycan qanunlarında məsuliyyət yoxdur, bilirsiniz? Barı belə deyin... Yoxsa, çoxlarının yazılanlar Jirinovskiyə dəstəkdir, bizi söydüyünə bəraət qazandırmadır... 

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN