booked.netbooked.net booked.net  

Alman heykəltəraş Vilhelm Koç Almaniya kansleri Angela Merkelin at üzərində heykəlini hazırlayıb.

“Sriegel” nəşri xəbər verir ki, sözügedən əsərin 2022-ci ilin yazına qədər Bavariyadakı Temrel Muzeyinin qarşısında sərgilənməsi planlaşdırılır.

2.7 metr hündürlüyündə olan heykəl hazırlanarkən 3D çardan istifadə edilib.

Merkelin üzərində oturduğu at “American Quarter Horse” cinsinə bənzədilib.

Kanslerin at üzərində yəhər və cilovsuz əyləşməsini müəllif “Merkelin bunlara ehtiyacı yoxdur”, deyə izah edib.

Bu böyük siyasətçinin həyat yoluna qısaca nəzər salaq:

Angela Merkel  — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005). O, hər iki vəzifəni tutan ilk qadındır].

Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) - ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.

2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və SDP partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.

Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır. Xarici siyasət trayektoriyalarına transatlantik tərəfdaşlıq, Avropaya inteqrasiya və qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi öhdəliyi daxildir.

Angela Merkel Almaniya Federativ Respublikasının Federal Kansleridir. O, 2005-ci ildən bu postu tutur. 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-cı ildə qəfil baş verən bu təyinat zamanı o, Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalının versiyasına görə, Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.

Kanslerin masasının üstündə əslən alman olan rusiyalı imperatriçə II Yekaterinanın portreti var. Merkel onu güclü qadın hesab edir. Diplomatik dairələrdə isə Merkeli "odda yanmaz, suda batmaz" adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.

Almaniyada Merkelin at üzərində heykəli hazırlanıb - FOTO

Almaniyada Merkelin at üzərində heykəli hazırlanıb - FOTO

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN